Kürdlərin 100 mln. dollarlıq neft tankeri "yoxa çıxdı"

ABŞ-ın Texas ştatı ərazisində kürdlərə məxsus olduğu hesab edilən neft tankeri yoxa çıxıb.

Bu barədə İTAR-TASS Amerikanın Sahil Mühafizə Xidmətinə istinadən xəbər verir. 2 gün əvvəl Meksika körfəzində 100 km məsafədə qeydə alımmış United Kalavrytac tankeri avqustun 29-da peyk izləmə sisteminin ekranlarında “yoxa çıxıb”.

Məlumatda bildirilir ki, ABŞ-ın Lyondel Basell neftayırma şirkəti tərəfindən alınmalı olan 100 mln. dollarlıq xam İraq nefti Kürdüstan regional hökuməti tərəfindən satışa çıxarılsa da, İraq mərkəzi hakimiyyəti ölkə neftinin satışının yalnız onun monopoliyasında olduğunu bildirərək məsələni hüquqi müstəviyə çıxarıb.

Bağdadın tələbinə əsasən Amerika məhkəməsi neft tankerini öz nəzarətinə götürüb və tanker bir aya yaxındır ki, Texas körfəzində lövbər salmağa məcbur edilib. Ancaq sonra kürd hökuməti də qarşılıqlı iddia irəli sürüb və bu da məhkəmə tərəfindən qəbul edilib. Beləliklə, ötən çərşənbə axşamı məlum olub ki, tanker barədə müzakirə çözülməyib.

Hüquqi mübahisələri nəzərə alan alıcı Amerika şirkəti isə tələsmədiyini bəyan edib. İndi isə 100 mln dollarlıq neft yükü olan tankerin naməlum şəraitdə yoxa çıxdığı bəlli olub. Hadisədə İŞİD “izi” olub-olmaması barədə məlumat verilmir.   /hafta.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar