İran xurma ixracını qadağan etdi - Səbəb

İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə xurma ixracı bu gündən qadağan edilib.

Trend-in məlumatına görə, Ramazan ayı ərəfəsində bazara nəzarət etmək məqsədilə xurma ixracı qadağan edilib.

Həmçinin qərara alınıb ki, topdansatış bazarlarında xurmanın qiyməti təsdiqlənmiş qiymətdən minimum 15% aşağı satılsın.

Habelə Ramazan ayında şəkər və yağın qiymətinin dəyişməməsi haqqında qərar verilib.

Qeyd edək ki, son həftə ərzində İranda 1 kq xurmanın qiyməti 300-350 min riala (təxminən 7,14-8,33 dollar) qədər bahalaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar