“Ermənilərin köçürülməsi böyük fəlakət deyil” - Ərdoğan

Ermənilərin köçürülməsi nə genosid, nə də böyük fəlakət deyil. Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı Ankaradakı çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, bu - 100 il bundan əvvəl narahat illərdə baş vermiş kədərli hadisədir. «Əgər Türkiyə ermənilərə yönəlik uydurulmuş hərəkətləri etmiş olsaydı, bu gün milyonlarla erməni Avropadan tutmuş Amerikaya qədər, Şimai Afrikadan tutmuş Qafqaza qədər geniş ərazidə yaşamazdı» - deyə, «Anadolu» agentliyi Ərdoğandan sitat gətirir.

Aprelin 24-də - «erməni genosidi»nin qurbanlarının anım günü keçirilmiş simpoziumda Türkiyə lideri bir daha bəyan edib ki, ölüm halları o zaman baş verib ki, xristian ermənilər Rusiya ordusunun tərəfinə keçiblər.

«Şərqi Anadoluda müsəlman əhalini, o cümlədən, qadınları və uşaqları öldürən erməni quldur dəstələrinin və onların tərəfdarlarının köçürülməsi o vaxt həyata keçirilməi olan ən ağıllı tədbir olub. Bizim arxivlərin qapıları həqiqət axtaranların hamısı üçün geniş açıqdır. Ermənilər iddia edirlər ki, Osmanlı qüvvələrinin əli ilə aparılmış kampaniya naticəsində 1,5 milyon etnik erməni 1915-1923-cü illərdə müasir Türkiyənin ürəyi olan Anadoluda «genosid»ə məruz qoyulub. Türkiyə isə iddia edir ki, ölümlər döyüş meydanında - xristian ermənilər Rusiya ordusunun tərəfinə keçəndən sonra baş verib» - prezident qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar