FAZİL MƏMMƏDOV BİZNESİNİ XARİCƏ KÖÇÜRÜR - Şirkət və mağazalarını bağlayır

Sabiq nazirin “Synergy Group”na daxil olan 2 şirkəti ləğv olundu,  İSMA-nın mağazaları fəaliyyətini dayandırdı

Sabiq vergilər naziri Fazil Məmmədovun böyük biznes imperiyasının Azərbaycan daxilindəki aktivlərinin  “milliləşdirilməsi” prosesi yeni mərhələyə qədəm qoyub. Onun 2010-cu ildə təsis etdiyi “Synergy Group” MMC-yə daxil olan “Blossom Property” və “Blossom House” şirkətlərinin könüllü ləğvi elan edilib.

2013-cü ilin sonunda Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 9 ünvanında, kapitalına 10 min manat qoyulmuş “Blossom” firma adlı 5 şirkət təsis edilib. “Blossom Property” MMC-nin direktoru İlkin Quliyevdir.O, həmçinin Şəmkir rayonunda yerləşən “Synergy Capital Group” MMC-yə rəhbərlik edir.

Mürsəl Əliyev “Blossom Mart” şirkətini idarə edir. Bu şəxs “Synergy” qrupuna aid bir çox şirkəti idarə edir. Digər şirkətlərə (“Blossom Capital”, “Blossom House” və “Blossom Group”) direktor təyin edilməyib.

Bundan başqa,  Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb. Bakıda Heydər Əliyev prospektində və “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazalar bağlıdır.  Eyni zamanda isma.az saytının işləməməsi də diqqəti cəlb edir. Faktı İSMA brendinin daxil olduğu “Synergy Group”dan da təsdiq ediblər.

 

“Synergy Group”un marketinq direktoru Murad Mirzəyev “Marja”ya açıqlamasında bildirib ki, İsmayıllı Velosiped Zavoduna məxsus mağaza fəaliyyətini dayandırıb. Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: ““20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcəkdir. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib".

Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit" mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək".

İsmayıllı Velosiped Zavoduna ile ilgili görsel sonucu

Murad Mirzəyev bildirib ki, zavod  fəaliyyətini dayandırmayıb. Zavodun isma.az saytının işləməməsi isə texniki problemdir, tezliklə sayt fəaliyyət göstətərəcək.

Fazil Məmmədov vəzifəsindən çıxarılandan sonra Gəncədəki obyektlərində təftiş başladığı deyilirdi. Hazırda Gəncə Beynəlxalq Xəstəxanasının da Fazil Məmmədovun nəzarətindən çıxarılmasına yönələn prosesin başlandığı da iddia edilir. F.Məmmədov uzun illər Azərbaycanın iri məmur oliqarxları sırasında qərarlaşan əsas fiqurlardan olub.

2000-ci ildə vergilər naziri təyin olunana qədər 1-2 milyonu böyük para hesab edən Fazil Məmmədov 2017-ci ildə vəzifədən çıxarılarkən sərvəti 100 milyonla ölçülə biləcək qədər artmışdı. Onun böyük biznes imperiyası var.

Ä°lgili resim

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər yayılıb və bu günə qədər təkzib edilməyib. Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.

Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub.

Fazil Məmmədov nazirliyi dövründə Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.

Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Kiyevdəki  “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır.

Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.

Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı.

Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri “özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləmək istəyib, lakin yayılan son məlumatlar onu deməyə əsas verir ki, sabiq nazirin böyük biznesinin gizlədilmiş parçaları da “budanma”dan kənar qalmayacaq... Daha bir iddia da  budur ki, Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür(musavat.com).

635x100

Şərhlər

Mühəndis 2019-05-01 09:32:49

Millətin pulu ilə qurulan biznes,eyni zamanda Azərbaycan daxilində olan vəsaitlər icazə olmadan ölkədən necə köçürülə bilər? Azərbaycanda qanun.dövlət yoxdurmu? Bunlar necə icazəsiz və əsassız ölkədən çıxarılar?

OGRU 2019-05-01 09:32:49

SEN KI BIZLERDENSEN NIJE FAZIL BIZIM JANIMIZDA DEJILSEN turmede

Mux-Oğruya və Vətəndaşa 2019-05-01 09:32:49

Tam haqlısız.Yəqin ki,bunların milyardları barəsində prezidentə yanlış məlumat veriblər.Əminliklə deyirəm ki,bunların alışma tustusu yavaş-yavaş alovlanacaq və birdən-birə yanaraq kül olacaq.Bir az səbrli olmaq lazımdır.Türmə əzabından da güclü əzab ailə bədbəxtliyi və şikəstlik əzabıdır.Həmin əzab da onları haqlamaq üzrədir.

Vətəndaş 2019-05-01 09:32:49

ÇOX MÜƏMMALIDIR Kİ ÖLKƏNİ XALQI VARVARSKİ TALAN EDƏN BU MƏMURLAR NİYƏ CƏZALANDIRILMIRLAR? BAX NƏYƏ GÖRƏ ONLAR ÖZ İŞLƏRİNDƏ BİZNESLƏRİNDƏ KEFDƏDİRLƏR,AZADLIQDADIRLAR?

maliyyeci 2019-05-01 09:32:49

davami-xarici olkelerdeki mulkler ,shirketler ve varidat da ele xarici olkelerin ozlerine qalir.Tovsiya edirem sen fazil baya ve diger milyarderlere.Donun yolunuzdan,aqillanin ne qeder gec deyil

maliyyeci 2019-05-01 09:32:49

davami-ve deyeceksen=kash meni ALLAH yeniden evvelki vezifeme qaytaraydi,buraxdiqim sehvlere bir de yol vermezdim ve qazanacaqlarimi vetenim ucun?xalqim ve milletim ucun ederdim.=He bax onda coxxx gec olacaq.Sene ve sen tebeqede olan milyarderlere tovsiyy edirem.Bir tarixe neze salin,xatirlayin.Xarici olkelerde pulunu yatirib orada biznesle mesqul olanlarin aqibeti ne ile neticelenir.Ozlerinin ve aile uzvlerinin heyati =FACIE=ile neticelenir.xarici olkelerde topladiqlari var-dovlet,mulkler de ele xarici

Miliyyedar 2019-05-01 09:32:49

Offf.Niye siz bezi memurlar hele de aqillanmamisiz?Haminiz vazifaya kecena kimi sade ve aqilli olusuz.yuksak vazifaya kecandan sonra ise harinlasib qudurursuz.Ay Fazil bay olmazmi ki,yiqdiqin 100 milyadlarin hec olmasa 10 faizini qocalar evine yardim edesen.Berbad veziyyetde olan qocalar evlerini esasi temir edesen?Unutma ki,bir zaman sen de qocalib haldan-hala duseceksen,shikest ve xeste yataqda qalacaqsan.Bax onda heyatinda buraxdiqin sehvlere gore pesiman olacaqsan ve deyeceksen=kash meni ALLAH yeniden

Lədalət-ə əlavə 2019-05-01 09:32:49

Milyarlarla dövlət vəsaitini həzmi-rabedən keçirdiyi hətta mətbuata çıxarılan adamın sorğu-sual edilməməsi (məsuliyyətə alınmaması),indi iə biznesini xaricə çıxarması kimi məlumatlar ölkənin .....təsdiq etmirmi? Nİyə Fazil,Ziya Məmmədoblar, İbrahimovlar (biri krediti yedi..digəri büdcəni sökdü), Pirverdiyev,Mahmudov dəstəsi və digər talançı və soyğunçulara cinayət işi açılmadı.cəzakandrılmadılar? Bu faktlar niyə ört-basdır edilir?

Vətəndaş 2019-05-01 09:32:49

.............QANUN HAMI ÜÇÜN QANUNDUR. TƏK KASIBLAR ÜÇÜN YOX...

Firudin 2019-05-01 09:32:49

Maraqlı məlumat deyilmi? Ölkənin sərhəd,gömrrük orqanları yoxmu?Biznes quş deyil ki,uçub gedə! Buna hökumət icazə verməsə mümkün olmaz!Xaricə daşınan biznes (istər mal şəklində,istər pul şəklində ) sərhəd və gömrük nəzarətindən keçir.Bəs necə olub ki,xaricdə bu qədər məmur biznes qura bilib,evlər,villalar.hətta milyonlarla dəyəri olan yaxtalar alıb?Axı Azərbaycanın daxilində istnilən qədər zavod,fabril qurma ehtiyacə, işsizlər ordusu var.Olmazmı idi ki. biz xammalı Azərbaycanda istehsal edib xaricə hazır mə

t.ədalət 2019-05-01 09:32:49

Əgər oğrular oğurladığı sərvəti,rüşvət və reketliklə(əsil reketçilik elə vergilər nazirliyindən başlanır) topladığı pulları xaricə köçürə bilirsə,deməli,onun əməlləri hakimiyyətlə bağlı olub..

vidadi 2019-05-01 09:32:49

milletin puludur hamisi dovlete kecmelidir,bu adam en coz haram yeyendir.

Son yazılar