“BƏLKƏ DİN ÜZRƏ VİTSE-PREZİDENT VƏZİFƏSİ OLSUN?...” – Sabiq deputatdan din dərsləri təklifinə sərt reaksiya

“Orta məktəblərdə dini dərslər keçiriləcəksə... Mütəxssislər gərəkdir. Mütəxəssislər isə ya yoxdur, ya da kifayət qədər deyil. Onda nə etməli?”

“AzPolitika.info”nun məlumatına görə, sabiq deputat Alqış Həsənoğlu orta məktəblərdə din dərslərinin keçirilməsi barədə müzakirələrə həsr etdiyi “Facebook” statusunda bunları yazıb.

A.Həsənoğlu belə təkliflərə sərt və ironiyalı reaksiya verib: “İlk növbədə yada dini təhsil verən İlahiyyət İnstitutu düşür. Deməli, orta məktəbləri mütəxəssislərlə təmin etmək üçün bu institutun fəaliyyətini genişləndirmək lazımdır.

Təbii ki, tələbə qəbulunun sayını artırmaq qaçılmazdır.

Tələbələrin sayı artacaqsa, müəllimlərin sayı artmalıdır.

Tələbə-müəllim heyəti böyüyürsə, sözsüz ki, institutun binası böyüməlidir, büdcəsi atrmalıdır. Və sair.

Orta mktəblərə dini tədris edən mütəxəssislər cəlb edəndən sonra təklif vermək olar ki, məktəblərdə dini məsələlər üzrə direktor müavini ştatı yaradılsın. Necə ki, icra hakimiyyətlərində ictimai-humanitar şöbənin dini işlər üzrə müavini var.

Beləcə, təsərrüfatı əməlli-başlı genişləndirmək mümkündür...

Sonra da məsələ qaldırmaq olar ki , maarif şöbələrində dinin tədrisi məsələlərinə cavabdeh olan bölmə yaradılsın.

Sonra da təklif vermək olar ki, Təhsil Nazirliyində dinlə bağlı müvafiq struktur təşkil edilsin.

Bir az da keçəndən sonra demək olar ki, bəlkə dini məsələlər üzrə vitse-prezidentlik vəzifəsi təsis olunsun?...

Mənim üçün maraqlıdır, həm də aydın deyil ki, bu nə tendensiyadır?

Amma bir şey aydındır ki, bu, cahilliyə qarşı çıxan maarifçilik xətti deyil, "yaşıl bazar" açmaqdır...”

“AzPolitika”

635x100

Şərhlər

Kripton 2019-05-01 10:04:18

Məktəb elm ocağıdır. Kimsə dini maariflənmək istəyirsə, dərsdən əlavə getsin mədrəsəyə. Necə ki, şahmat öyrənmək istəyən şahmat kursuna gedir.

Özgə Qulşah 2019-05-01 10:04:18

Alqış bəyə də fondlu vitse təklifi ola bilər. Dil İnstitutu da var, dilimiz yox! Ana türk, əlifba latın isə, qramoteyi rusca? O helm ocaği körpələrə ad, standard soyad diktə edir. Amma, Kəlbəcər: Kəl(lə)becər və ya Gəlbecər dir, demir? Ya ki, "ian"ın erməni "yanets" olmayıb, yerə, nəslə yönəlik sonluqluğunu bidirmir. Müstəqil Dövlət və Müdafiəsi də 25 ildir nə əsarətdən azad olur, nə də hərbi işgalı mühakimə etdirir? "Ortaq Demokratiya" xalqın müzakirəsinə də "veto" qoyub?

Asif 2019-05-01 10:04:18

Alqış müellimin İslam dinine qarşı olmasına teeccublenmedim, uzun iller ateist tebliğatı ve bizim salamat dini kitablar ortaya çıxara bilmemeyimizin neticesidir. Ola bilsin Alqış muellim dini doğru qaynaqlardan ve gerçek mutexessislerden öyrenib mahiyyetini başa düşecek. O onu da unutmamalıdır ki İslam dini bayrağımızda, gerbimizde öz eksini tapıb. Ulu önderin son arzularından biri de mekteblerde dini biliklerin öyredilmesi idi, hetta proqramı da hazır idi.

t.ədalət 2019-05-01 10:04:18

A.Musaoğlunun yazısı yadıma Türkiyədə dəbdə olan (Vezir Parmağı) "Korkmirem" mahnı-klipini saldı.Bizdə də "saqqallı lotular" mahnı-klipinin hazırlanmasına ehtiyac vardır.

Mütəllim 2019-05-01 10:04:18

Dindən yalnız Allahsızlar və vicdansızlar qorxur.Siz hansınız*

Ferid 2019-05-01 10:04:18

Allah ağıl versin.Bakıda yüzlərlə gecə klubu adı altında faişəxanalar açılıb, buna sərt reaksiya verməyənlərin dini dərslərdə qorxmasını başa düşmək olmur. Hümanizmi, haqqı. insan olmağı təbliğ edən İslam dinin öyrənmək bu sabiq YAP-çıları niyə narahat edir görəsən?

turan 2019-05-01 10:04:18

tamamilə doğru yanaşmadır.yəqin ki,bu deyilənlər 1-2 ildən sonra olacaq.

avam 2019-05-01 10:04:18

Alqış müəllim,repetitorları unutmusunuz,bu sahə ilə bağlı hazırlıq kursları,magistratura,.....

Son yazılar