PREZİDENT “AZƏRİQAZ”A BARMAQ SİLKƏLƏDİ - "Buna son qoyulmalıdır"

“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır".

ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı bu barədə ona məlumat verildiyini söyləyib: "Mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".

635x100

Şərhlər

S.Ənvərqızı 2019-05-01 10:07:56

Hörmətli cənab Prezident, məmurlar sizin tapşırıqlarınızdan nəticə çıxartmaq əvəzinə, sosial narazılıqları artırmağa səy göstərirlər.. Uzun müddətdir ki, Rabitə Nazirliyindən PA,NK və MM müracitə edirəm,müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir,nəzarət sistemi olmadığından Nazir müavini Elmir Vəlizadə tərəfindən başdansovdu,qanunsuz və qərəzli cavab göndərməklə ailəmdən intiqam alır ? Bu məmurun özbaşnalığına nə vaxt son qoyulacaqdır ? Belə məmurlar haqqında ciddi tədbirlər görün Sizdən xahiş edirik .

ƏKBƏR 2019-05-01 10:07:56

Azerqazda butun hoqqaların başında Ruslan Aliyev durur. Farmazon davranışıyla hetta Azerqazda lağlağı obyekti olan bu plagiat elmlər doktoru Mingəçevirdə Ağdam qaçqınlarının başına gətirdiyi oyunlara görə heç danlanmadı da. Parniklərə uçotsuz satdığı qazı qaçqın-köçkünə və imkansız əhaliyə yükləmək və kütləvi kəsilmələrin ideya müəllifi bu məmurdur. Heç bir bildirişsiz, məhkəmə qərarı olmadan minlərlə abonentin xətti Ruslanın göstərişi ilə hələ də kəsilir, adına əsassız borc məbləği yazılır. Özünüz maraqlanın

Eldar 2019-05-01 10:07:56

Sulutepede 6-7 ildir qaz xetleri yenilenib,Teesuf ki ,hansisa Sirketin ucbatindan bezi kucelere qazin tezyiqi cox bezileri ise heddinden artiq zeifdir.Bunu Azeriqaz tenzimleye bilmir.Defelerle xebardar etdiyimize regmen.Ya da elemek istemirler.

Zaur 2019-05-01 10:07:56

Guya Azəriqaz qorxdu? Ay-hay! ...

TARIX 2019-05-01 10:07:56

CƏNAB PREZİDENT AZƏRQAZ KIMI BIABIRCI BIR TƏŞKILAT TAPMAQ QEYRİ MÜMKÜNDÜR.SULU TƏPƏDƏ COX MƏRTƏBƏLİ BİNADA PULUNU ÖDƏDİYİMİZ MEXANİKİ QAZ SAYĞACLARIMIZI SÖKÜB APARDILAR YENİSİİ QOYMAQ ÜCÜN 7 AY BİZİ SÜRÜNDÜRDÜLƏR.500 MANATDAN COX XƏRCİMİZ CIXDI.COX XAHİŞ EDİRİK QAZLA ƏLAQƏDAR MƏSƏLƏLƏRİN İCRASINI ASSAN XİDMƏTƏ VERƏSİNİZ.

CINAB PREZİDENT! 2019-05-01 10:07:56

YERLİ İCRA ORQANLRI QƏSƏBƏ KƏNDLƏRDƏ QUDURĞANLIQ EDİR...

Səbuhi 2019-05-01 10:07:56

Cənab prezidentin əmr və göstərişləri dərhal icra olunmalıdır. Allah Sizə kömək olsun cənab prezident İlham Əliyev.

zakir 2019-05-01 10:07:56

ne qeder ki ekber haciyev ordadir cetin duzeler

S.Ənvərqızı 2019-05-01 10:07:56

Hörmətli Cənab Prezident, ailəm məmur haqsızlıqlarına düçar olması ilə əlaqədar uzun müddətdir ki,müraciət etməyimə baxmayaraq PA-nın şöbə müdiri cənab Zeynal Nağdəliyevin qəbuluna düşə bilmirəm. Mənim qəbul olunmağıma dair göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Cavan 2019-05-01 10:07:56

Cənab prezdentin Azəriqaz haqqında tədbi görmək istəməsi bütün əhalini sevindidi.İnsanları onlar qədər incidən ikinci bir təşkilat yoxdur.Onlar sanki bilərəkdən insanları incidərək Prezdentin islahatlarına kölcə salırlar.

Son yazılar