Jurnalist Seymur Həzi saxlanıldı - [Yenilənib-2]

Seymur Həzi şənbə günü səhər barəsində qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon məhkəməsinə çıxarılacaq.

Bu barədə Turan-a Abşeron rayon polis idarəsində yenicə jurnalistlə görüşmüş vəkil Elton Quliyev bildirib.

O təsdiq edib ki, jurnalist 221.3-cü maddə üzrə şübhəli bilinir.

Polisin iddiasına görə, kimsə Seymur Həziyə sataşıb, o isə buna cavab verib və onu vurub.

Həzi ittihamları təkzib edir və uydurma hesab edir.

 * * * 

Avqustun 29-da «Azərbaycan saatı» proqramının aparıcısı, «Azadlıq» qəzetinin redaktoru Seymur Həzini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Elton Quliyev məlumat verib.

«Mənə zəng elədi, bircə onu dedi ki, Abşeron polisi məni saxlayıb. Başqa bir söz deyə bilmədi».

Hələki Abşeron polisindən jurnalistin hansı səbəbdən saxlanması barədə məlumat almaq mümkün olmayıb.

Vəkil Elton Quliyev açıqlamasında bildirib ki, Seymur Həzi CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə təqsirli bilinir.

Hazırda Abşeron rayon Polis İdarəsindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar