Xəzərlə bağlı razılıq

Moskvada dənizin hüquqi statusuilə bağlı işçi qrupun iclası keçirilib

Xəzəryanı dövlətlərin başçılarının Həştərxan sammitində imzalanacaq sənədlərlə bağlı razılıq əldə edilib.

Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.

İranın xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpur bildirib ki, iclasda Xəzəryanı ölkələrin dövlət başçılarının sentyabrın sonlarında Həştərxanda keçiriləcək IV sammitində imzalanacaq sənədlər üzrə razılıq əldə edilib. Bundan başqa, sammitinin yekun bəyanatının və prezidentlərin bəyanatlarının mətnləri də razılaşdırılıb.

Nazir müavini diqqətə çatdırıb ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində bu günədək aparılan danışıqların nəticəsində Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan dənizin təbii sərvətlərindən birgə istifadə, meteorologiya və fövqəladə hallar zamanı əməkdaşlığa dair razılaşmalar əldə ediblər. /AzərTAc

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar