“Hərbi müdaxilə mümkündür...” - ABŞ-dan Venesuela açıqlaması

ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin “Fox Business Network” televiziya kanalına açıqlama verib

“AzPolitika” xəbər verir ki, M.Pompeo çevriliş cəhdinin uğursuz alındığı Venesuelada atılabiləcək addımlar haqqında danışıb: “Hərbi müdaxilə mümkündür. Əgər bu lazım olsa, ABŞ bunu edəcək. Amma məsələnin sülh yolu ilə həllinə üstünlük veririk”-deyə, dövlət katibi hərbi müdaxilənin ola biləcəyinin siqnallarını verib.

Xatırladaq ki, yanvar ayının 23-ü özünü prezident elan edən Quaydo dünən “Twitter”də yayımlanan 3 dəqiqəlik video ilə hərbi strukturu və xalqı küçələrə çıxmağa səsləmişdi.

ABŞ rəhbərliyi isə Quaydo və onun tərəfdarlarına çevriliş cəhdində tam dəstək verdiyini açılamışdı.

 

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar