“QARABAĞIN AÇARI ÖZÜMÜZDƏDİR, MÜHARİBƏ ETMƏLİYİK...” – Rasizadədən maraqlı açıqlamalar

Azərbaycanın sabiq baş naziri Artur Rasizadə "Demokrat.az" saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Artur müəllim, necəsiniz? Hazırda nə işlə məşğulsunuz?

- Dubaydan yeni qayıtmışam. Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim. Orada istirahət edirdim. Artıq Azərbaycanda da havalar istiləşib. Ona görə də hazırda Bakıda dincəlirəm.

- Ötən gün Tarif Şurası ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, qazın limitinin artırılması barədə qərar qəbul edib. Bu qərarı necə qarşıladınız?

- Bu qərarla bağlı mən mətbuatdan xəbərləri oxudum. Sözün düzü, mən indiyədək düşünməmişdim ki, bununla bağlı nə etmək olar. Ancaq Energetika Nazirliyində müvafiq idarə var. Həmin qurum enerji tariflərinə nəzarət etməlidir. Mən bu qərarı alqışlayıram.

Bütövlükdə deyim ki, ölkə Prezidentinin apardığı siyasət çox müsbətdir. Ötən gün Prezidentin keçirdiyi müşavirədə də bunu görmək mümkün idi. İnşallah verilən tapşırıqların nəticələri daha da yaxşı olmalıdır. Bunun üçün müəyyən zaman lazımdır.

Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, bizim üçün ən çətin məsələ Qarabağ problemidir. Bu gün dünyada gedən geosiyasi proseslər vəziyyəti daha mürəkkəbləşdirir. Hazırda dünyada qütbləşmə prosesi gedir. Biz buna misal kimi qonşu Gürcüstan məsələsini də deyə bilərik. Bu nöqteyi-nəzərdən ən vacib məsələ müstəqilliyin qorunmasıdır.

Digər yandan isə deyim ki, bizim 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Hazırda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar davam etdirilir. Ancaq bəzən görürsən ki, Ermənistan danışıqlar prosesini pozmağa çalışır. Dünya birliyi isə buna göz yumur. Azərbaycan bu cür ədalətsizliklərlə üzləşir.

30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ancaq erməni xalqı bundan nə qazanıb? Erməni millətçiləri və daşnaqlarının siyasəti nəticəsində Qarabağ münaqişəsi yaranıb. Bu gün münaqişə Ermənistan xalqına sərf etmir. Gec-tez işğal altında olan torpaqlar azad olunmalıdır. Bunu erməni xalqı da anlayır. Təbii ki, Azərbaycan xalqı istəyir ki, bu işğala tezliklə son verilsin. Düzdür, Qarabağ münaqişəsinin həllinə mane olanlar da var. Amma mən hər zaman bunu söyləmişəm və indi də deyirəm: Qarabağ münaqişəsinin açarı özümüzdədir.

- Yəni, müharibə edib torpaqları işğaldan azad etməliyik?

- Bəli, əgər lazım olsa bunu da etməliyik. Bilirsiniz, tarix göstərir ki, işğal edilən torpaqlar çox nadir hallarda sülh yolu ilə geri qaytarılır. Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir. Şəxsən mən belə hesab edirəm.

- Bu ay Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Bu sənədlə bağlı fikirlərinizi eşitmək maraqlı olardı...

- Bu sazişin imzalanması Azərbaycan üçün yaxşı haldır. Ancaq əmin olmalısan ki, həmin sənədin içərisində nələr yazılıb. Gərək bu sənədlə tanış olaq, sonra fikir söyləyək.

Ümumiyyətlə, bu saziş yaxşıdır. Ancaq bizim əsas işimiz odur ki, sözügedən sazişdə Azərbaycanın maraqları öz əksini tapsın. Hazırda biz bunun üzərində işləyirik. Əgər Qarabağla bağlı Azərbaycanın qəti mövqeyi həmin sənəddə əksini tapacaqsa, təbii ki, bu sazişi imzalamaq olar. Allah etməsin, əgər bu olmasa, o zaman həmin sazişin imzalanması əhəmiyyətsiz olacaq.

Avropa İttifaqı özü də maraqlı olmalıdır ki, Azərbaycan bu sazişə qoşulsun. Yəni, məsələyə ikitərəfli baxmaq lazımdır.

Əgər Azərbaycanın maraqları bu sazişdə öz əksini tapacaqsa, o zaman birmənalı şəkildə həmin sənədi imzalamaq olar. Prinsipcə, bu saziş faydalı sənəddir.

- Ola bilərmi ki, bu saziş Azərbaycan ilə Rusiyanın münasibətlərinə hər hansı xələl gətirsin?

- Yox, qətiyyən belə ola bilməz. Rusiyanın marağındadır ki, onunla bizim aramızda münasibətlər yaxşı olsun. Rusiya Dağlıq Qarabağ məsələsilə bağlı da neytral siyasət aparır. Bilirsiniz ki, Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ona görə də mən düşünmürəm ki, Rusiya bu sazişin imzalanmasına qarşı çıxaraq hər hansı təxribat etsin.

Digər tərəfdən isə hazırda Rusiyanın Qərblə münasibətləri heç də yaxşı deyil. Bu gün regionda əlavə qaynar nöqtənin yaranması Rusiyanın maraqlarına uyğun gəlmir. Biz Cənubi Qafqaz ölkələrinə baxsaq görərik ki, Gürcüstan Rusiyanın müttəfiqi deyil. Ermənistan da qənaətbəxş hesab olunmur. Rusiya bütün bunları yaxşı anlayır. Bu gün regionda Azərbaycana ən yaxın dövlət və xalq Türkiyədir. İndi Rusiyanın da Türkiyə ilə çox yaxşı münasibətləri mövcuddur. Hazırda geosiyasi proseslərdə Rusiyanın çox az tərəfdaşı qalıb. Ona görə Rusiya Azərbaycanı da itirmək istəməz. Düşünmürəm ki, Rusiya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişə qarşı çıxsın.

Ümumiyyətlə, Azərbaycan və rus xalqları arasında tarixən yaxşı münasibətlər olub.

Vasif Həsənli

635x100

Şərhlər

şəhid ailəsi 2019-05-01 15:40:50

20 yanvar hadisəsində Rusiyaya telefon edib ordu köməyi istəyən,qırğına səbəb olan Artur Rəsizadə (əsl adını bilmirəm ) olub.Bunu əvvəlcədən bilən isə küçələrdə yalançı barrikadalar qurduran ,canlı qalxan yaradan isə Nemət və Etibar olub.Niyə bu faktlar açılmır?Hadisə baş verən ərəfədə onların heç biri ortada görünmədi və hətta telefonlarına cavab vermədilər.

Artaşes 2019-05-01 15:40:50

Saqqal tərpədib söz danışdı! A kişi 30 ildir Baş nazir kimi maaş aldın,20 yanvarda rusları çağırıb insanları qırğına verdin.Heç olmasa ayıbına kor olub yerində sakit otur,milləti qıcıqlandırma!

Mux 2019-05-01 15:40:50

Artur muellim,yaşınıza böyük hörmətim var.Tərcümeyi-halınızı dəfələrlə yada salnışam.Neftkimyamaş,Maşınqayırma sahələrində uzun müddət işləmisiz.Həmin dövürlərdə korrupsiya hoqqalarına yoll açısız və sonda isə Baş nazir təyin olunandan sonra da illerle işlədiyiniz Azneftkimyamaç rəhbərliyindən(Qaraxanov Əli,həm də sizin pul haqhesabında yaxın dostunuz)hər rüb =dolua= alırdız.Respublikanın z-d və fabriklərini beleden-beləyə,elədən də eləyə çevirirdiz.Qaldı QARABAĞ məsələsinə.Sizə bir sualım var.

Mux 2019-05-01 15:40:50

davamı.Ancaq çox xahiş edirəm ki,kişi kimi cavab yazın...Sual? Uzun müddət RP-dən sonra ikinci vəzifəli adam olmusuz Respublikamızda.Niyə Siz BAŞ NAZİR olan dövürdə QARABAĞ məsələsini həll etmədiz?...

Türk 2019-05-01 15:40:50

BU KİŞİ 50 İL YÜKSƏK VƏZİFƏDƏ OLDU QARABAĞDAN 1 DƏFƏ DANIŞMADI. İNDİ GÖRƏSƏN NƏ OLUB Kİ BUNUN QARABAĞ YADINA DÜŞÜB?

tağı 2019-05-01 15:40:50

20 il baş nazir işlədi bircə dəfə demədi ki,müharibə edib torpaqları azad edək...amma fikir verin indi də "lazım olsa" ifadəsini işlədib..

Artur Rəsizadəyə 2019-05-01 15:40:50

Artur müəllim düz deyir.Qarabağın işğalında elə günah aarı özündə saxlayan Azərbaycan hökumətində olub.Çünki insanlaedan ov silahlarının yığılması (müqavimət göstərmək vasitələrnin ), yüzlərlə yük maşınlarını göndərərək əhalini köçürmə ( hətta əhali toyuq-cücəsinə qədər hər şeyini götürüb ),döyüşən insanları pərakəndə salmaq,döyüş vasitələri ilə təmin etməmək (əsgərlər ermənilərdən ələ keçirdiklri silahlardan istifaə edib), texnikaya yanacaq çatdırmamaq kimin işi idi?BU məsələdə hökumətin məsuliyyəti?

Cəmşid-ə 2019-05-01 15:40:50

Siz niyə bilmirsiniz ki, Artur Rəsizadə 82 il Azərbaycanda yaşayırsa da hələ Azərbaycan dilini müfəssəl bilmir.Bir rus,ingilis 5-6 ildə ondan Arturdan yaxşı və təmiz danışır.Bu sizə heç nə demir? Bu adamın Azərbaycanlı olmaduğu və Azərbaycan dilinə hörmətsizliyindən irəli glən və sübuta ehtiyacı olmayan faktdır.O sadəcə məlum çevrəyə hansı yolla isə clb olunub.Ona görə onun səsi çıxmırdı,çıxanda da baş-ayaq danışıq tərzi olub.İndi onun müsahibəsi Azərbaycana nə verə bilər ki?

Cəmşid Dərələyəzli 2019-05-01 15:40:50

31 ildi biz bu gerçəkdən bəhs edirik. Artur müəllimə isə bu indi çatıb. Burada sensasiya, sadəcə Artur müəllimin danışmasıdır. Çünki, o hələ-hələ danışan adam deyil. Neçə illər baş nazir olu. bir-iki dəfə danışdı.

t.ədalət 2019-05-01 15:40:50

Artur müəllimin məsləhətləri ilə hərəkət növbəti 20 Yanvar qətliamını törədə bilər.Axı,"ereməniləri qorumaq "üçün rus qoşunlarını Bakıya çağıranlardan biri də Artur müəllim idi.İndi də müharibə arzulayır.Yəqin ki qarşıda bizi gözləyən hansısa təhlükəni tezləşdirmək üçün onun bildiyi nəsə var..

S.H. 2019-05-01 15:40:50

1 Size bir sovet iqtisadcisi kimi hormet edirem. Cunki hemin dovrde biz ali tehsilliler bundan yaxsi yasayirdiq. Qarabaq mutleq muharibe yolu ile alinmalidi. Duz deyirsiz! Deyirsiz olke muharibe veziyyetindedi, bu tek kasib tebeqe nese isteyende beyilir. Bu memur ,oliqarxlara aid deyil! Birmenali olaraq olkede Qazin limiti levq olmalidi. Eks halda bize bizi basa dusen hokumet lazim olacaq. Prblemli kriditler bizlere hec ne vermedi. Cunki bu hamiya ve butun mebleqlere aid olmali idi. Islahatlar hani ?????

Ədalət 2019-05-01 15:40:50

Ay Vasif Həsənli ,Artur müəllim baş nazir işlədiyi dövrdə üst-üstə bu qədər danişmamışdı sən onu necə danişdirdin. Adamın inanmağı gəlmir. Bu qədər də uydurma da!

Cavid 2019-05-01 15:40:50

Uzun illər belə adam Baş nazir olub.Hələ də anlamır ki,Qarabağ mələsi kimin planı olub.Bəlkə anlayır,amma yəqin ona belə deyilib.nOna görə Azərbaycan bu günə salınıb.

Artyom Askeranski 2019-05-01 15:40:50

Güman ki, qocaman Konstruktoru da "məxfi yubatma" danışıqlarına yaxın buraxmayıblar? Vəzifəsini də Brutensin diplomatına veriblər.

Elli 2019-05-01 15:40:50

x tərəfindən İşğal olunmuş torpaqlar rusiya ilə yaxşı münasibətlərin təzahürüdür Artur müəllim?

zaur 2019-05-01 15:40:50

Azərbaycan gerontokratiyasının banisinə eşq olsun!

Son yazılar