DAHA BİR OLİQARX BAKIDA PİYADANI VURUB QAÇDI - "Ağ şəhər”də binalar inşa edir

Azərbaycan oliqarxları və onların yaxınları, yaxud törəmələri “hərəyə azı bir piyada öldürək” devizini uğurla həyata keçirməkdədir. Oliqarxiya çevrələrinə bağlı olan sürücü tərəfindən  növbəti piyada vurulması hadisəsi ötən gün axşam Nizami rayonunda baş verib. (“Qafqazinfo”)

Aprelin 30-da saat 22.00 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Həmin  sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edir. Özü də eyni vaxtda. Bu barədə sosial şəbəkələrdə həmin sürücü tərəfindən fotolar nümayiş etdirilir.

Virtualaz.org hadisəni törədən sürücü ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə “çox nüfuzlu biri” kimi tanıyırlar.

Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: “Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, ötən gün aprelin 30-da axşam saatlarında Bakının Nizami rayonunda 90 OG 002 dövlət nömrə nişanlı "Range Rover" avtomobili ilə vurulmuş piyadanın  vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var.

“Dünən gecə saatlarında təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”, - Abubəkirov əlavə edilib.

Hadisə “Neolit” şadlıq sarayının yanında baş verib. Hadisəni törədən sürücü avtomobili  saxlamayıb, sürətlə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar. Yaralı orta yaşlı kişinin üzərində heç bir sənəd olmadığından hələlik şəxsiyyəti müəyyən edilməyib.

Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb.

635x100

Şərhlər

turan 2019-05-01 15:46:06

Vuran bəlli,maşın bəlli amma DYP hələ araşdırma aparır..İslahatlar birinci növbədə hüquq mühafizə orqanlarında aparılmalıdır..

sual 2019-05-01 15:46:06

Nəğaracux a?

ASLAN 2019-05-01 15:46:06

SERQ BAZARININ MUDURININ OQLU NIHAD OZ AVTOMOBILIYLE AZ YASLINI VURDU VE USAQ OLDU 1 IL SERTI CAZA VERILDI PULUN VERDI HEC TUTULMADI

Veteran 2019-05-01 15:46:06

Yaxwi-yaxwi arawdirin, texnika esridir birden "vorovski" deki evi de fotowop olar

Zaur 2019-05-01 15:46:06

Oliqarxa yaraşmaz ki piyadanı vurub qaçsın,əksinə,hələ onu tutub əzişdirməli idi ki yolumun üstünə niyə çıxmısan?! Zakir Fərəcovun əmisi oğlundan nümunə götürmək lazımdır.

t.ədalət 2019-05-01 15:46:06

Hər cür hərəkata hüquq-mühafizə orqanlarının yaratdığı qanunsuzluqlar səbəb olur.Dövlət xalqla ünsiyyəti qorumaq üçün özünü risk altına salmamalıdır.Məlum Gəncə hadisələrinə səbəb olan Elmar Vəliyevin cinayət əməlləri kimi böyük faciələrdən dövlətin qorunması lazımdır.Müxalifətlə narazılar ayrı-ayrı şeylərdir.Qanunlar icra olunmalıdır..

Son yazılar