AÇIQ DƏNİZDƏ 7910 GƏMİ YOLU AZIB - Putinə görə...

Donald Trampın sevimli telekanalı «Fox News» Vladimir Putini günahlandırıb ki, onun «qapalılığı» 7910 gəminin Rusiya ərazi sularından kənarda açıq dənizdə azmasına səbəb olub. İddia olunur ki, bu azma GPS-siqnalların dəyişdirilməsi səbəbilə baş verib.

NATO-nun Norveçdə keçirilən təlimləri zamanı GPS naviqasiya sisteminin işinin «pozulması»ndan sonra, meydana gəlmiş «yenə Putin günahkardır» səciyyəli zarafat peyğəmbər öncəgörməsinə çevrilib.

«Fox News» telekanalı bir «tədqiqat»ın nəticələrini dərc edib. Materialda qeyd edilir ki, sözügedən hadisədə Rusiya prezidenti Vladimir Putin günahkardır. Siqnalların «pozulması» bütün dünyada gəmilərin azmasına gətirib çıxardıb.

Söhbət «spufinq»dən - peyk siqnallarının radioelektron mübarizə çərçivəsində dəyişdirilməsindən gedir.

Amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiya xüsusi xidmətləri Vladimir Putinin yerini gizlətmək məqsədilə GPS sistemində 9883 dəfə «pozulma» vəziyyəti yaradıblar.

Nəticədə, 1311 gəmi Rusiyanın ərazi sularında azıb, ancaq alternativ naviqasiya sisteminin sayəsində yola davam edə bilib, 7910 gəmi isə Rusiya ərazi sularından kənarda - dünyanın müxtəlif bölgələrində «itib».

İddiaya görə, radilokasiya mübarizəsinin bu üsulu Suriyada və Krımda tətbiq olunub, o cümlədən, «həssas» hava məkanlarına soxulan pilotsuz uçaqların «azdırılması»nda da istifadə olunub. Telekanal israr edir ki, «spufinq»in köməyi ilə Krım körpüsünə səfəri zamanı Putinin təhlükəsizliyi təmin edilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar