Yaralı Ukrayna zabitləri özləriylə birgə 12 rus desantını partlatdılar

Əsir düşmək istəməyən yaralı ukraynalı zabitlər 12 düşmən əsgərini özləri ilə birgə partladıblar.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyi öz “Facebook” səhifəsində yazıb.

Məlumata görə, ukraynalıların hərbi hissəsi rus qoşunlarının mühasirəsinə düşüb. Ağır durumda olan şəxsi heyət mühasirəni yarmaq qərarına gəlib. Mühasirədən çıxarkən mayor Kandesyuk pulemyot gülləsindən ağır yaralanıb. Bu zaman mayor Şapelyuk onun köməyinə gələrək dostunu güllə yağışının altından çıxarmağa çalışıb. Lakin özü də ağır yaralanıb.

Ukraynalıların mühasirədən çıxmış döyüşçüləri aramsız atəş ucbatından yaralı zabitlərin köməyinə çata bilməyib. Onlar yaralı zabitləri 12 rus desantının mühasirəyə alıb əsir götürmək istədiklərini görüblər.

Zabitlər əllərini qaldıraraq özlərini təslim olmuş kimi göstəriblər. Düşmən yaxına gəldikdə əl qumbaraları ilə həm özlərini, həm düşməni məhv ediblər.

Müdafiə Nazirliyi Ukrayna prezidentinə həlak olmuş zabitlərin Ukraynanın Milli Qəhrəmanı adı verilməsi ilə bağlı müraciət hazırlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar