Milli Şura və Qarabağ Komitəsinin mitiniq keçirməsinə razılıq verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-nə, Qarabağ Komitəsinin isə mayın 4-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandırıb.

“Report”un xəbərinə görə, BŞİH-də müraciətlərə baxılıb və hər iki siyasi qurumun İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

635x100

Şərhlər

Bashirov Qarib 2019-05-01 16:53:01

Azad toplaşmaq huququ,vətəndaşların konstitutision huququdur.Bu huququn pozulması arzuolunan deyil.

Son yazılar