Tanınmış diktor Natəvan Hacıyeva vəfat edib

Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib. Bu barədə ONA-ya AzTV-dən məlumat verilib.

N. Hacıyevanın qızı Cəmilə Davudovanın ONA-ya verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi".

N. Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, Natəvan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Professor Hüseyn Əliyevin tələbəsidir.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

vetendaş 2019-05-01 18:19:45

Allah rəhmət etsin.Az.Politika heç olmasa dünyasını dəyişənə hörmət qoyun.Diktor Natavan xanımın opera ilə heç bir elaqesi yoxdur.sadaladığınız mükafatlarla da həmçinin.Ayıbdır.

Son yazılar