“Azərbaycandakı demokratik islahatları dəstəkləyirik” - ABŞ səfiri

"Azərbaycan və ABŞ arasındakı münasibətləri çox güclü hesab edirəm”.

ONA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək: "Dünən prezident Əliyevlə görüşmək fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə etdik".

Səfir vurğulayıb ki, hazırda Azərbaycanda bir sıra islahatlar keçirilir: "Azərbaycan islahatlar baxımından keçid dövründə olan bir ölkədir. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik. Biz həmçinin Azərbaycanın iqtisadi islahatlarını və inkişafını dəstəkləmək istəyirik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar