SOCAR-ın trest müdiri vəzifəsindən azad edilib
Baxiş sayı:
Dərc olunub:
02/05/2019 - 00:54
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin - SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib. Bu barədə xəbəri "AzPolitika.info"ya məlumatlı mənbə verib.
Qeyd edək ki, 2007-ci ildən SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli ondan əvvəl “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.
Əməkdar mühəndis, elmlər doktoru olan İ. Şirəli həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur.
AzPolitika.info
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.