Rusiya və ABŞ-ın xarici işlər nazirləri Venesuelaya dair müzakirə aparıblar

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon söhbəti olub.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Danışıq zamanı S.Lavrov Venesuelada müxalifətin hakimiyyəti ələ keçirməyə cəhd göstərdiyini xatırladaraq ABŞ tərəfindən bu ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu vurğulayıb.

“Ötən gün Venesuelada ABŞ-ın aşkar dəstəklədiyi müxalifətin hakimiyyəti qəsb etməyə cəhd göstərdiyi diqqət mərkəzində olub. Rusiya tərəfindən Vaşinqtonun suveren ölkənin daxili işlərinə müdaxiləsi və rəhbərliyinin hədələnməsi beynəlxalq hüququn kobudcasına pozulması kimi dəyərləndirilib”, - məlumatda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar