Liviyada müharibə nəticəsində 370-dən çox adam ölüb, 1822 nəfər yaralanıb

Bu il aprelin əvvəlindən Liviyada davam edən vətəndaş müharibəsi nəticəsində 370-dən çox adam ölüb, 1822 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “Twitter”dəki səhifəsində bildirilir.

Xatırladaq ki, aprelin 4-də Şərqi Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar Milli Uzlaşma Hökumətinin yerləşdiyi paytaxt Tripolini terrorçulardan təmizləmək üçün hücuma başladıqlarını açıqlamışdı. Milli Uzlaşma Hökumətinə bağlı hərbi birləşmələr isə qarşılıqlı olaraq “Qəzəb vulkanı” əməliyyatına başladıqlarını açıqlamışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar