PUTİN DÜNYAYA ÇAĞIRIŞ EDİB – Birtərəfli sanksiyalar barədə

Dərc olunub: 01/05/2019 - 23:20

1556282340835457660_1000x669

Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin bəzi ölkələrin «birtərəfli qeyri-legitim sanksiyalar» tətbiq etməsinə qarşı beynəlxalq birliyi cavab işləyib hazırlamağa çağırıb. Bu barədə «RİA Novosti» agentliyi xəbər verib.

Bu bəyanatı Putin «Bir kəmər, bir yol» beynəlxalq forumunun açılışı zamanı Pekində səsləndirib.
Rusiya prezidentinin fikrincə, hazırda qlobal siyasi, iqtisadi və texnoloji məkanlarda fraqmentasiya və protesionizm risklərinin yüksəlişi mövcuddur. Putin proteksionismin təhlükəli forması kimi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından (BMT TŞ) yan keçməklə, tətbiq olunan sanksiyalara və ticarət müharibələrinə barmaq tuşlayıb.

«Dəfələrlə demişəm, yenə deyirəm ki, bu neqativ tendensiyalar terrorçuluq, ekstremizm və qeyri-qanuni miqrasiya üçün münbit şərait yaradır» – Putin qeyd edib.

Rusiya prezidenti həm də bəyan edib ki, qlobal iqtisadi inkişafın yavaşımasına, müxtəlif ölkələrin rifah səviyyəsi arasındakı kəskin fərqə və texnoloji geriqalmalara qarşı durmaq yalnız birlikdə mümkündür.

Onun fikrincə, bütün bu problemlərin həlli üçün pozitiv gündəlik hazırlığını Avrasiya nümunəsində görmək olar: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttifaqını (AAİİ) yaradır – hər bir dövlətin suverenliyi, hüquq və qanuni maraqları əsasında.

Putin bəyan edib ki, AAİİ bütün maraqlı tələflərlə, ilk növbədə, Çinlə geniş qarşılıqlı əməkdaşlığa can atır. Təşkilat artıq Vyetnamla azad ticarət barədə saziş imzalayıb. Analoji müvəqqəti saziş İranla da imzalanıb. Bu cür sənədlər Sinqapurla, Serbiya, İsrail, Misir və Hindistanla hazırlanır.

AAİİ həm də Avropa İttifaqı ilə işgüzar əlaqələrin inkişafında maraqlıdır. Putin qeyd edib ki, «cari fikir ayrılıqları» Avropa və Avrasiya məkanının gələcəyi üçün ümumi məsuliyyətin üzərindən xətt çəkə bilməz.

AzPolitika.info








loading...


Fikrinizi bildirin