Medvedev Paşinyanı ələ saldı - VİDEO

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanı lağa qoyub.

Virtualaz.org bildirir ki, diplomatik etiket çərçivəsindən kənara çıxan gülünc hadisə bir gün əvvəl Yerevanda olub.

"Əgər sual yoxdursa, dostlar, biz artıq keçə bilərik…", - deyə Paşinyan Medvedevə baxaraq və pauza verərək bildirib.

Cavabında Dmitri Medvedev gözlənilmədən "Yox" deyib və sonra  soruşub: “Bəs hara keçməli?".

"Bizim imzalanma proseduruna… yaxşı, keçək də", - deyə Paşinyan hansı axmaq vəziyyətə düşdüyünü anlayaraq əlavə edib.

Bütün bu vaxt ərzində Rusiya hökumət nümayəndə heyəti kinli gülüşü güclə saxlayıb, amma Dmitri Medvedev dayana bilməyib və gülüb...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar