ABŞ F-35-ləri ilk dəfə döyüşə göndərdi 

Birləşmiş Ştatların hərbi hava gücləri F-35 beşinci nəsil qırıcının F-35A variantını ilk dəfə döyüşdə tətbiq edib. Publika.az xəbər verir ki, iki F-35A qırıcısından aprelin 30-da İraqın şimal-şərqində silah-sursatın gizlədildiyi və İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər şəbəkəsinə aviazərbələr endirib.

Hücumun müvəffəqiyyətli olub-olmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, F-35 tipli təyyarələrdən daha əvvəl bir neçə dəfə döyüşdə istifadə olunub. Belə ki, dünyada ilk dəfə aviazərbələrin endirilməsi üçün onlardan 2018-ci ilin mayında İsrail istifadə edib. İsrailin silahlanmasında 14 ədəd F-35A təyyarəsinin olduğu bildirilir.

Daha sonra isə ABŞ Əfqanıstanda bombardman üçün F-35B qırıcılarını cəlb edib.

F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı.

Facebook

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar