İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng edib

Ilham_Aliyev 1Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğluna zəng edib.

Prezidentin mətbuat xidmətinin məlumatina görə, dövlət başçısı Əhməd Davudoğlunu Türkiyənin yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar