“SPİKERƏ QARŞI KAMPANİYA APARILIR...” – “Niyə o məmurun deyil, Əsədovun adı çəkilir?”

“Bu məlumatların bir adı var, o da təxribatdır. Bütün bunlar saf bir insana atılan çamurdan başqa bir şey deyil. Təbii ki, yazılanların hamısı yalandır”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Moskvada spiker Oqtay Əsədovun ailəsinə, Londonda isə kürəkəni Mehman Qocayevə məxsus milyonluq mülklərin olması ilə bağlı iddialara münasibət bildirərkən deyib. A.Təvəkküloğlu “Yeni Müsavat” qəzetinə bu barədə danışıb.

Moskvadakı mülklər haqda çox deyilib, təkrarlamağa ehtiyac yoxdur. Ən son məlumatda isə bildirilirdi ki, spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün ”Goldbek Investment" şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi...

Maraqlıdır ki, xeyli vaxtdır bu səpkili məlumatlar yayılsa da, Əsədovlar hər hansı açıqlama verməyiblər.

Moskvadakı mülklərlə bağlı iddialar ortaya atılanda “Spikerin ailəsi acından ölməməlidir” deyə, Əsədovların müdafiəsinə qalxan deputat Fəzail Ağamalı isə yenə bildirib ki, Milli Məclisin sədrinə qarşı kampaniya aparılır: “Bir müddətdir ki, Azərbaycan dövlətçiliyində mühüm post tutan və mənim kifayət qədər təmizliyi ilə tanıdığım, bütün davranışlarını ölçüb-biçərək ortaya qoyan, millət vəkilləri ilə yüksək səviyyədə davranış sərgilən Oqtay Əsədova qarşı düşünülmüş kampaniya aparılmaqdadır. Ötən ay Moskvada, guya onun ailəsinə məxsus olan restoranla bağlı məlumatlar, indi kürəkəni ilə əlaqədar verilən yazılar göstərir ki, konkret mərkəzdən Oqtay Əsədova qarşı, onu nüfuzdan sala biləcək və həqiqətə uyğun gəlməyən informasiyalar tirajlanır. Düşünürəm ki, bu, Azərbaycanı istəməyən və dövlətçiliyimizi nüfuzdan salmağa çalışan adamlar tərəfindən həyata keçirilir. Təəssüf edirəm ki, Azərbaycanda bəzi siyasətçi deyilən şəxslər də bu avantüranın içərisindədir və Oqtay Əsədova qarşı şər-böhtan kampaniyalarında önə çıxmaqdadırlar”.

Spikerin kürəkəninin Londonda bahalı mülk alması haqda məlumata gəlincə, F.Ağamalı xatırladıb ki, Mehman Qocayev yüksək vəzifələrdə çalışmış məmurun (Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Alı Qocayev-red.) oğludur, atasının adını hallandırmaq daha doğru olar: “Oqtay Əsədovun kürəkəni deyilən şəxsin (?) Londonda mülkünün olması mənə bəlli deyil. Ancaq düşünürəm ki, bunu belə qabardaraq kürəkəninin maşınını, Londonda olan ya olmayan mülkünü çəkərək, nə üçün Oqtay Əsədovun üstünə gedirlər? O, Oqtay Əsədovun qızının həyat yoldaşıdır. Mehman Qocayev Azərbaycanda kifayət qədər tanınan, ciddi vəzifələrdə çalışmış bir məmurun övladıdır. Niyə o məmurun deyil, məhz Oqtay Əsədovun adı çəkilir? Çıxarılan nəticə bundan ibarətdir ki, düşünülmüş şəkildə, olan və ya olmayan faktları Oqtay Əsədovun adına yazmaqla həm onun imicinin ləkələnməsi məqsədi güdülür, həm də Azərbaycan dövlətçiliyinə etimadsızlıq toxumu səpilir. Bunun arxasında duranlar isə heç də Azərbaycanı sevən insanlar deyil. Bunu Oqtay Əsədovun adı ilə bağlamaq absurd və qərəzlidir. Təəssüf ki, Azərbaycanın bəzi mətbu orqanları da bu kampaniyaya qoşularaq, yalan məlumatları ictimailəşdirirlər”.

Ağamalı bildirib ki, Oqtay Əsədovu uzun illərdir ki, tanıyır: “30 ilə yaxındır ki, onunla tanışam. Oqtay Əsədovu çox nəcib, öz imicini qoruyan, ətrafındakılara məsafəli, sivil anlayış nümayiş etdirən dövlət xadimi kimi tanıyıram və belə də qiymətləndirirəm. Bu cür yazılar Oqtay Əsədovla bərabər, Azərbaycan dövlətçiliyinin qolu olan Milli Məclisin nüfuzdan salınmasına xidmət edir”.

V.Nəsibov

635x100

Şərhlər

Muellif 2019-05-02 10:02:12

başqa ölkələrdə senato, parlament, assambleya, deputatlar şurası -- bizdə "Milli Məclis". Adı belə qeyri ciddidir. Məclisə aş gəlsin!

Mehdi 2019-05-02 10:02:12

Qetiyyen fezalin dediyi kimi heyle seyler ola bilmez fezail aqanin cani ucu.bunlarin eteyinde lap namaz da qilmaq olar.Niye ser bohtan atirlar basim cixmir.

Mübariz 2019-05-02 10:02:12

Bnların içərisində saf,təmizi varsa göstərin,heykəli qoyulsun! Bir-birini tərifləməklə hara qədər gedəcəksiniz?Od olmayan yerdən tüstü çıxmaz....

TARİX 2019-05-02 10:02:12

F.AĞAMALI, ƏGƏR SƏN DEDİYİN KİMİ O.ƏSƏDOV TƏMİZ ADAMDIRSA CIXIB ELAN ELƏSİN Kİ,YAZİLANLAR YALANDİR.ƏGƏR DOĞRUDURSA, DEDİYİN KİMİ DÜZ,NƏCİB İNSANSA ,SƏHV EDİBSƏ TÖVBƏ ETSİN XALQDAN ÜZR İSTƏSİN. AZƏRBAYCAN XALQI VƏ DÖVLƏTİ ONU BAĞIŞLASIN.

mahdi 2019-05-02 10:02:12

bizdə zakir yox ABŞ-lı Müler prokuro olaydı ,biz görərdi siz ona bu nağılları necə danışacaqdız?Korupsiya "dahiləri".

Vətən OĞLU 2019-05-02 10:02:12

bax buna deyirlər ,,qıjğırmış məntiq,,

Mahir Əliyev 2019-05-02 10:02:12

Fəzaili deputat saxlayan elə spikerin özüdü.Ona görə spikeri müdafiə edir.Sənədlər ortadadı.

Vətəndaş 2019-05-02 10:02:12

HÖKUMƏTİMİZ NƏ YOLLA OLSA TALANÇILARI MƏCBUR ETMƏLİDİR MİLYARDLARI QAYTARSIN. YETİMİN BİRİ 5 MANAT BİRİNƏ ATANDA TUTUB 5 İL VERİRLƏR.

FƏZİLƏ MÜRCİƏTNAMƏ 2019-05-02 10:02:12

SPİKERİN VƏKİLİ FƏZAİL! Ötən dəfə demişdin: Spikerin 10 milyon $-lıq striptizxanalı restoranını arvadının (bağça müdiri) adına Moskvada açmasında nə varmış? Oqtay Əsədovun ailəsi ac qalmalıdır? İndi deyirsən, sitat: «Mehman Qocayev yüksək vəzifələrdə çalışmış məmurun (Binəqədi rayon İcra Hakimiyyətinin sabiq, Samuxun indiki başçısı Alı Qocayev) oğludur, atasının adını hallandırmaq daha doğru olar. Bunu belə qabardaraq kürəkəninin maşınını, Londonda olan ya olmayan mülkünü çəkərək, nə üçün Oqtay Əsədovun üstünə gedirlər?» Əhsən Fəzail, sənə nə var ki? Camaatı axmaq yerinə qoymaqda mahirsən, 1-cisi, hamı bilir ki, Alı Qocayev spikerin qudasıdır və o, spikerə görə icra başçısı qoyulub. 2-cisi, o, MM-in sədri olandan bir-neçə ay sonra kürəkənini MM-də şöbə müdirinin müavini təyin etmişdi. İndi üzə çıxıb ki, London padarkası da o illərdə olubmuş. 3-süsü, padarka kürəkənin adına sənədləşdirilibsə də, kürəkəninin atasına görə verlməyib ki, əslində qızı üçün verilib. Qızının 2,5 milyonluq mali-mülküdür də! Deməli, spiker kürəkənini əvvəl MM-də məsul vəzifəyə təyin edir sonra da qudası ilə köməkləşib prokurorluğa düzəldir və nə sirdirsə, artıq Bakı şəhər prokurorunun müavinidir, hobbisi də prokuror məvacibinin 40 illik cəminin qiymətinə olan «SS» seriyalı maşınlardır. Bəyəm, bu maşınların spikerin qızına aidiyyəti yoxdur? Cənab Fəzail, Görəsən, Oktay Əsədovla Eldar Mahmudovun çox yaxın ailəvi dostluq tandeminin müdafiəsi üçün arqumentin nədir? Niyə xalqımıza və əlbəttə onun prezidentinə qarşı bağışlanılmaz əməllərə yol vermiş(bu danılmaz faktdır) Eldar Mahmudov azadlıqdadır? Onun istintaqı niyə rəsmiləşdirilmir? Nə üçün etimad göstərildiyi halda bu cür işlərdə adı hallanan (bu da danılmaz faktdır) spikerini MM istefaya göndərmir, məsuliyyətə cəlb edilmir? Məgər, bunun üçün daha betər halların olması lazımdır?!!!

yusif 2019-05-02 10:02:12

oqtay esedovu vezifene gore mudafie edirsen

Əli 2019-05-02 10:02:12

Hamısı yalandı heç kim heç nə oöurlamayıb.Ancaq bizim atalarımızın da bir məsəlio var OD OLMAYAN YERDƏN TÜSTÜ CIXMAZ.yOXLAMAQ ÇƏTİN DEYİL YDEPUTAT KOMİSSİYASI YARADIN YOXLAYIN..

Baxo 2019-05-02 10:02:12

Fazail muellim tebrik edirem sizi. Sumgayitda boyuk bir zavod acilib. Yaninnan kecende dediler ki ... Sorusdum ki kimindi , dediler Fazail muellim acib)))).

kamran 2019-05-02 10:02:12

Fəzail müəllim düz deyir.Bunlar hamısı "ermənipərəst qüvvələrin" təxribatıdır.O.Əsədov "Azərsu" rəhbəri işləyəndən elə su kimi "təmiz" və kristal kimi "şəffaf" olub!

Çina 2019-05-02 10:02:12

Hə.düz deyirsən. bir sənsən təmiz və pak, bir də o.

Filosof 2019-05-02 10:02:12

Fezail muellim bilir ne daniwir,yayilan butun melumatlar... "kürəkəni deyilən şəxsin (?)" 

sakit 2019-05-02 10:02:12

Nə üçün O.Əsədov aydınlıq gətirmir, sən Ağamali(!) ortada ,,,, ..

yalçın 2019-05-02 10:02:12

rusca xüsusən indiki dövr və bizim ölkə üçün şox aktual olan bir ifadə var: moralnıy idiotizm.. bizimkicəsi - mənəvi xədimlik - .....

Kripton 2019-05-02 10:02:12

Nə şər-böhtan? Araşdırmaçı hər şeyi sənədlərlə sübut edir. Mülk kürəkənə hədiyyə edilib.

EJDER 2019-05-02 10:02:12

MEN TESDIQ EDIREM KI,OQTAY MALLIM TEMIZ DIR,CUNKI O,HER TENNIS AKADEMIYASININ HOVUZUNDA CIMIR...O AKADEMIYADA DA BIZIM MILLETDEN BAWQA BUTUN MILLETIN NUMAYENDELERI KEYF ELEYIR,YENI TENNISMIZI INKIWAF ELETDIRIRLER,LUKAWENKO CANI...AQAMALI GUYA MUXALIFETDI,MOLLA ZADE KIMI

Son yazılar