“PREZİDENTİN SƏRƏNCAMINDA HEÇ BİR SƏBƏB GÖSTƏRİLMİRDİ...” – Abel Məhərrəmov susqunluğunu pozdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov "Demokrat.az" xəbər portalına müsahibə verib. Həmin müsahibəni qısa ixtisarla təqdim edirik:

- Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad ediləndən sonra mətbuatda sizin haqqınızda müxtəlif xəbərlər yazıldı. Hətta, bu addımı sizin "vurulmağınız" kimi təqdim edənlər də oldu. Barənizdə yazılan bu cür xəbərlərə münasibətiniz necədir?

- Bilirsiniz, mən ötən dəfə də sizə müsahibəmdə bildirdim ki, cənab Prezidentin sərəncamı müzakirə olunmur, icra olunur. Mən 20 ilə yaxın Bakı Dövlət Universitetinin rektoru olmuşam. Mənim sərəncamımı da 1999-cu ilin yanvar ayında Ümummilli liderimiz Heydər Əliyev vermişdi. Mən orta və ali məktəbi medallarla, əla qiymətlərlə bitirmişəm, Moskva Dövlət Universitetinin yetirməsiyəm, oradakı elmi mühiti görmüşəm. Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin vasitəsilə Akademiyanın müxbir və həqiq üzvləri olmuşam, "Azərbaycan Respublikasının əməkdar elm xadimi" və "Şöhrət" ordeni fəxri adlarına layiq görülmüşəm. Bir neçə ölkənin mükafatlarına da layiq olmuşam. Üç il bundan əvvəl isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Yəni, mənim bütün uğurlarım Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin adı ilə bağlıdır. Əlbəttə ki, mənə bu qədər uğur gətirən ölkə rəhbərlərindən hər zaman razıyam. Ancaq təbii ki, bir vəzifədə 20 il işləyəndə bundan razı və narazı qalanlar da olur. Hətta, bəziləri bundan fürsət axtarır ki, adamı nüfuzdan salsın. Mən insanlara dəyər vermək istəmirəm. Yalnız öz dəyərimi qorumağa çalışıram. Haqqımda deyilən bu cür yalan və cəfəngiyyatlara fikir vermək istəmirəm. O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var. Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər. Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar. Mən öz zəhmətimlə sadə ailədən çıxmışam. Mən orta məktəbi medalla, ali məktəbi isə fərqlənmə ilə bitirmişəm. Moskva Dövlət Universitetində oxumuşam, çoxları aspiranturanı 3 ilə müdafiə etdiyi halda mən 2 il 5 aya başa vurmuşam, doktorluğumu cavan vaxtımda etmişəm, cavan yaşlarımda Akademiyanın müxbir və həqiq üzvü olmuşam. Yəni, elm adamlarına ləkə atan zaman bir qədər düşünmək lazımdır.

- Sizinlə Şeyxülislam Hacı Allahşükür Paşazadənin adının bir yerdə hallandırılmasından sonra aranızda hər hansı söhbət olubmu?

- Bilirsiniz, bəzən cəmiyyətdə belə hallar olur. Kimlərsə məqamdan sui-istifadə etməyə çalışır. Onlar boşboğaz adamlardır. Onların peşəsi təmiz adamlara qara yaxmaqdır. Bu cür adamlar bütün dövlətlərdə olur. Qarayaxan adam heç zaman özündən zəif adama ləkə atmağa çalışmaz. Onlar elə adamlara qara yaxırlar ki, bundan sensasiya yaransın və sairə. Ancaq bunlara əhəmiyyət vermirəm. Bunlar mənim üçün gözgötürməmək və mənasız söhbətlərdir. Bir daha deyirəm ki, elm adamlarını qorumaq lazımdır. Çünki 1 akademik nə qədər sürətli inkişaf etsə də, 50 yaşa gecə-gündüz işləsə, gəlib çata bilir. Ona görə də bir akademikin başına qara daş ataraq, onu ləkələmək, həmin şəxsin milli yetkinliyinin olmamasından irəli gəlir. Belə insanlar cəmiyyətdə gələcəkdə də olacaq. Biz onlardan özümüzü qorumalıyıq.

- Dediyiniz qarayaxma kampaniyası zamanı təmsil olunduğunuz Yeni Azərbaycan Partiyasından sizə hər hansı dəstək verildimi?

- Hesab edirəm ki, mənim müdafiəmə heç bir ehtiyac yoxdur. Çünki mən səhv iş görməmişəm ki, məni müdafiə etsinlər. Yaxud da ölkə rəhbəri mənimlə bağlı qeyri-adi addım atmayıb ki, məni müdafiə etsinlər.

Bilirsiniz, biz bundan sonra elə yazılar yazmalıyıq ki, millətimizin yetkinliyi möhkəmlənsin. Nəticədə qara yaxmaq və məqamdan sui-istifadə etmək istəyənlərin sayı azalsın. Burada kütləvi informasiya vasitələrinin vəzifəsi ondan ibarətdir ki, ilk növbədə milli təəssübkeşliyi və milli düşüncəni qlobal müstəviyə çıxara bilsinlər, ağa qara, qaraya da ağ deməsinlər. Ən əsası elm adamlarını ləkələməsinlər. Elm adamını ləkələyəndən sonra onun müdafiəsinə də ehtiyac yoxdur. Çünki ölkə Prezidentinin mənimlə bağlı sərəncamında ləkələnəsi nə isə yoxdur. Bunu ləkələyənlər ətrafda uzun müddət pusquda duranlar və öz yazıları ilə sensasiya yaratmaq istəyən adamlar olub. Bəlkə də hələ bundan sonra da eyni arzuda olacaqlar. Hesab edirəm ki, qarayaxanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır.

- Sizə qarşı qarayaxma aparanların hakimiyyətdə təmsil olunan şəxslərdən olduğunu düşünürsünüz?

- Mən bunu analiz etməmişəm. Ancaq bizim cəmiyyət elədir ki, dəstək olmasa, geri çəkilirlər, dəstək olanda isə qabağa gedirlər. Yəni, kimsə kiminsə idarəsində işləyirsə, ola bilər ki, ona arxayın olub edib. Yenə deyirəm ki, mənim ölkə rəhbərindən heç bir narazılığım yoxdur. Əksinə, mən onun yürütdüyü siyasəti səmimi şəkildə dəstəkləyirəm. Biz çox şadıq ki, bu gün ölkəmizi İlham Əliyev kimi təcrübəli və güclü Prezident idarə edir. Bu gün Azərbaycanda xalqla Prezidentin birliyi çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu siyasətlə Azərbaycanı işıqlı gələcəyə aparacağıq.

- Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevlə münasibətləriniz necədir?

- Vallah, yeni rektorla çox gözəl münasibətimiz var. Onun rəhmətlik atasını da, özünü də, böyük qardaşını da tanıyıram. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ancaq mən indi daha rekyor deyiləm, onun işinə qarışa bilmərəm. Hazırda mən kafedra müdiriyəm və uzun illər də kafedra müdiri olmuşam. Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasına rəhbərlik edirəm. Uzun illər burada dekan da olmuşam. Yəni, haradan getmişəmsə, ora da qayıtmışam. Ancaq onu biləsiniz ki, bizim kafedra ən böyük kafedralardan biridir. Mənim rəhbərliyimlə 70-dən çox alim müdafiə edib. Onun 20-dən çoxu elmlər doktoru, 50-si isə elmlər namizədi olub. Mən bu kollektivlə yenə bir yerdə işləyirəm. Onların bəziləri bu gün Yaponiyada, Portuqaliyada, İspaniyada, ABŞ-da, Rusiyada işləyirlər. Mən onlarla fəxr edirəm. Əvvəlkindən indi boş vaxtım çoxdur. Çalışacam ki, bu alimlərin sayı qısa müddətdə 100-ə çatsın. Mən ilk növbədə elm adamıyam. Ona görə də bu elmə hörmət və diqqətlə yanaşıram.

Vasif Həsənli

635x100

Şərhlər

zemfira 2019-05-02 22:06:07

Allah Faiq Bağırzadəyə,Əlövsət Abdullayevə qəni-qəni rəhmət etsin.onlar Akademik olublar,amma heç biri Prezidentin adından istifadə etməyib,1 dəfə də olsun onların tələbə və ya müəllimləri yüksək səslə danlamaqlarını,təhqirdən söhbət gedə bilməzdi,ciblərindən kasıb tələbələrin cibinə pul qoyurdular,1 dəfə də eşitmədim ki,kimsə ADU-da imtahana pul verir,ADU(BDU)hər zaman 1.yerdə olub,amma bu ... və tərbiyəsiz adamın sayəsindəBDU 13.yerə düşdü,indi bu nadana Şeyx neyləsin?mədəniyyətsiz,alimlərin üzqarası

Çingiz Məmmədli 2019-05-02 22:06:07

Azərbaycan Dövlət Universiteti (indiki Bakı Döv. Universiteti) öz tarixi ərzində - yəni 90 il ərzində bu qədər nüfuzdan düşməmişdir. Mən bu Universiteti 1976-cı ildə bitirmişəm. 1972-ci ilin qış semestr imtahanından birini - "ümumi geologiya" fənnindən imtahanı məndən Universitetin o vaxtkl rektoru Faiq Bağırzadə götürdü və cavabım onu çox razı saldı, "əla" yazdı və hələ "çox sağ ol oğlum" da dedi.Bu əsil akademik, qayğıkeş müəllim, tələbələrin arxa-dayağı olan REKTOR Faiq Bağırzadə idi. Allah rəhmət etsin

Arifə əlavə 2019-05-02 22:06:07

Abel müəllim düz deyir.Onun regionundan olan və onlarla müxtəlif yollarla bağlı olan şəxslərin paxırları açılmır və ya bilərəkdən açmırlar.Çünki paxırlarını açmaq imkanı olanlar da onlardandır. Misal həddindən çoxdur.Bir də ki,alkoqol düşkün,alverçisi,biznesmeninin Milli Məclis deputatı ,unversitetdə gənclərin tərbiyəsi ilə məşğul olması iyrənc deyilmi? Niyə bunlara lazımi qiymət verilmir.Ynə regionçuluq!Niyə onların mal varlığına diqqət edilmir?

Hakim-ə 2019-05-02 22:06:07

....ALLAH AZƏRBAYCANA KÖMƏK OLSUN.

Analitik 2019-05-02 22:06:07

Muessise ve qurumlarda kim rehber olursa olsun, 1-ci novbede ishcilerin mevaciblerini ve daxili problemlerini shexsen qaygikeshlikle hell etmelidir.. Xususile, bele boyuk ali tehsil muessiselerinde artiq neche illerdi ki, sosial-maliyye ve daxili problemler ust-uste yigilib.. Prezidentin qerari ile de mueyyen islahatlar bashladi ve tapshiriqlar verildi.. Bunu ise yerlerde "avropasayagi usullarla" ve ya her hansi ixtisarlarla deyil, birbasha hell etmek chox vacibdir.. Elm ve tehsilde stimul chox vacibdi..

Arif 2019-05-02 22:06:07

BU ADAMIN VAR DÖVLƏTİNİN YÜZ MİLYONLARLA OLMASI ÜZƏ ÇIXDI. SORUŞAN CƏZALANDIRAN OLMADI DEYƏ İNDİ BELƏ DANIŞIR. BELƏ HARIN MƏMURLAR BU ÖLKƏNİ ÇAPIB TALAYIB DAĞIDIBLAR

Elli 2019-05-02 22:06:07

vərəqlənmiş keçmiş səhifə

Hakim 2019-05-02 22:06:07

davami/milyarderler haqqinda yanlis melumat verirler/Preziden bu kimi korrupsionerler haqqinda derhal bilse hebs etdirerdi.

Hakim 2019-05-02 22:06:07

Hormatli BDU muellimi Siz haqlisiz.Dovlet emlakini yeyeib daqidanlarin,telebelerden imtahalalara gore,muellimlerden ise tedris fennine gore rushvet yiqaraq pul toplayanlarin,halali qoyub haramliqla milyonlari yiqanlarin vay halina.bu insanin belke de 5 =vaqon=100-luk dollar packalari ile pulu var.... hele sifeti de var danismaqa.Bu kimi tipli insanlarda ne mesuliyyet var,ne vicdan var,ne de vetenperverlik....

Togrul 2019-05-02 22:06:07

Bir insan hammi ucun yaxwi ola bilmez , amma butovlikde Abel Meherremov yaxwi rehber olub . Caliwdigi dovurde BDU-da chox ishler gorub umumiyetle muellim telebe kollektivi ni her zaman destekliyib chunki ozu laborantligdan iwlemeye bawlayib ve tehsil- tedrisi derinen bilien adamdi.

bdu-NUN MÜƏLLİMİ 2019-05-02 22:06:07

iNSANDA UTANASI ÜZ OLMAYANDA NƏ DESƏN DANIŞAR.DƏHŞƏTLİSİ ODUR Kİ,ETDİYİNİ,YERLƏŞDİYİ YERİ,VƏZİFƏSİNİN MƏSULİYYƏTİNİ ANLAMAYARAQ AĞLINA GƏLƏN RÜŞVƏTXORLUQ,MƏNİMSƏMƏLƏR GÖZ QABAĞINDA OLA-OLA HƏYASIZLIQ EDƏSƏN. BUNLARI Kİ, BDU-DA HAMI, TƏLƏBƏLƏRİN BİR ÇOX VALİDEYNLƏRİ BİLİR...

Buqa 2019-05-02 22:06:07

Sizin elminizde helminizde yoxdur. BDU-nu shexsi bostaninin etmishdin sen rektor yox .... hec kime at oynatmaqi izin vermirdin deyirdinki, bura menimdir. Butun her yer eledir, lakin senin kimi birisinin flaqman Universitete 20 il rektor olmagin en boyuk tehgirdir. Sende hec bir intilektual egil yoxdur, maklatura alimlerin sayini calishib 100 catirma, yacigdir elm.

Geber 2019-05-02 22:06:07

Cənab İlham Əliyev ! Siz susduqca , absurd dünya ğörüşlü akademiklər : özlərini inandirmişlar ki Siz həqiqətətən də bunlara inanrsiz....

Geber 2019-05-02 22:06:07

Abelin elmi və lori dildə mesedjinin məntiqi _Alimi qorumaq cəmiyyətin borcudur , bəs əğər cəmiyyət alimi qorumursa ? ardini xəsisliklə yaziram , deməli cəmiyyət alimi qorumursa kor və xəstədir. Bu o deməkdir ki cəmiyyətin alimi , müəllimi başibiləni yoxdur , ki cəmiyyət kordur , alimini də qoruya bilmir. Abel , Abtalibov və diğərlər catdirir ki təmiz insandirlar alimdirlər beyin zəhmətlərinə paxilliq cəkənlər onlara qara yaxirlar

t.ədalət 2019-05-02 22:06:07

İsa Həbibbəyli də akademikdir.Ancaq onun nəyə görə akademik adı aldığını özündən başqa heç kim bilmir.Sizin ali məktəbi medallarla bitirməyiniz nəticəsində BDU-nu imkanlı adamların kitab üzü açmayan uşaqları da əlaçı diplomları ilə bitirirdi.Röyaya hüquqşünas diplomunu da siz satmışdınız.Sizi işdən çıxaranda bütün qüsurlarınızı,təəssüf ki sadalamadılar..

Analitik 2019-05-02 22:06:07

.. bir de ki, "publik shexs" statusu (Dovlet) elm-tehsil ve tibb muessiselerinde bir chox chash-bashlig yaradan bir mexanizmdir.. Bu halda Bir nov ozunu maliyeleshdirmek, "ozelsayagi" xarakteri dashiyan bu "status" hemin sahe emekdashlarini dovletin diqqet-gaygisindan praktiki tedric edir ve eyni zamanda, menevi-psixoloji yadlashdirir.. Sehv etmiremse, elece de qocaman ATM olan BDU-da da "publik shexs" statusudur..

yusif 2019-05-02 22:06:07

Abel Meherremobdan sitat-Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin vasitəsilə Akademiyanın müxbir və həqiq üzvləri olmuşam- Demek sen akademiyaya öz gücünə gəlməmisən...

Hakimə 2019-05-02 22:06:07

Belə gurultulu danışıq bir çox mətləblərdən xəbər verir.Əgər Respublikanın ən yüksək Ali Universitetində baş verənlər möhtərəm prezidentə çatdırılmırsa,o aparat nəyə gərəkdir.

Geber 2019-05-02 22:06:07

Cənab İlham Əliyev ! Sizə müraciyyət edirəm ! Hər hansi bir məmur lap doğmaniz olsun , marşal və mələk quşu olsun . kim realliqi unudub özunu alicənab pirlərə məxsus mənviyyat mənbəyi ilahi xasiyyətləri haqda danişirsa : birinci növbədə Prezidenti , sonra isə xalqi aldadır... Siz ğeneral ailəsində böyümüsüz bumlar isə fərqində də deyillər , ki Sizə bu tip aktyorluq uşaqliqdan bəllidir

Son yazılar