“Rusiya hər millimetrə nəzarəti bizə qaytarmalıdır...” - Zelenski Putinə sərt cavab verdi

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiya prezidentinin vətəndaşlıqla bağlı son fərmanını və açıqlamalarını sərt tənqid edib.

“AzPolitika.info”-nun məlumatına görə, Zelenski deyib ki, artıq Rusiya ilə Ukrayna arasında ümumi olan yalnız dövlət sərhədidir. Bu sözləri o, Vladimir Putinin iki xalq arasında ümumi, ortaq şeylərin çox olduğuna dair fikrinə cavab olaraq söyləyib.

Ukraynanın yeni prezidenti deyib ki, hazırda iki dövlət arasında ümimi sərhəddən başqa onları birləşdirən heç nə qalmayıb. Belə ki, Ukrayna Krımdan məhrum edilib, Donbas isə işğal altındadır.

V.Zelenski Rusiyanın işğal etdiyi hər millimetri qaytarmalı olduğunu söyləyib: “Rusiya Ukrayna tərəfinə aid hər bir millimetrə nəzarəti bizə qaytarmalıdır”.

Yeni prezident Putinin qardaşlıq barədə dediklərinə cavab olaraq isə Rusiyanın Ukrayna torpaqlarını işğal etməsini, ölkəyə neft məhsullarının eksportuna qadağa qoymasını, Donbasda yaşayanlara Rusiya pasportlarının verilməsini, Kerç boğazında ukraynalı hərbçilərin həbsini xatırladıb. Və bildirib ki, bu addımların “qardaşlıqla” heç bir əlaqəsi yoxdur: “Bu münasibətləri heç cür qardaşlıq adlandırmaq olmaz...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar