"Baku Medical Plaza" ilə bağlı biabırçı fakt açıqlandı - "Az qalmışdı ki, rəfiqəmi öldürsünlər” 

“Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar”. Bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.

İfaçı Baku Medical Plazada 40 yaşlı qadının ana olduqdan sonra səhhətinin pisləşməsinə münasibət bildirib: “Mənim bir rəfiqəmi də az qalmışdı ki, burda öldürsünlər. O da ana olmağa gəlmişdi. Allahsızlar qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdı. Təsəvvür belə etmək istəmirəm, əgər ona orda qan vurulsaydı, nələr ola bilərdi. Yazıqlar olsun! Belə həkimlərə ar olsun. Adamı şikəst eləməkləri azmış kimi hələ bir pul da istəyirlər. Məhkəməyə verib bunlardan 117 min almaq lazımdır”.

Qeyd edək ki, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də "Baku Medical Plaza"da ana olduqdan sonra səhhəti pisləşib. Qadının həyat yoldaşının dediklərinə görə, kor bağırsağı partlayan Lətafətə klinikada səhv diaqnoz qoyulub.

635x100

Şərhlər

meherrem nebiyev 2019-05-02 21:57:47

Beli duzdur. meni de hemen xestexanada shikest etdiler

Son yazılar