Rəsul Quliyevlə haqq-hesab çəkməyin zamanı çatdı  

“Fırıldaqçı bəyanatlarla çıxış edənlərin və hakimiyyətə işləyənlərin DQMŞ-da yeri yoxdur”

Oktyabrın 24-də Milli Şuranın növbəti sessiyası keçiriləcək. Bu sessiyada DQMŞ-nin gələcək prioritetləri müəyyən olunacaq, həmçinin təşkilatda "təmizləmələr" olacaq. Bu barədə MŞ-nın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli bugünkü mətbuat konfransında məlumat verib.

“Fırıldaqçı bəyanatlarla çıxış edənlərin və hakimiyyətə işləyənlərin DQMŞ-da yeri yoxdur”, deyə o bildirib.

Çox böyük ehtimalla, Cəmil Həsənlinin nəzərdə tutduğu şəxslərdən biri də Rəsul Quliyevdir. Belə görünür ki, seçki kampaniyası dövründə Cəmil Həsənlinin əleyhinə çoxsaylı açıqlamalarilə diqqəti çəkmiş R.Quliyevlə haqq-hesab çəkməyin zamanı çatıb. 24 oktyabr sessiyasında onu təşkilatdan uzaqlaşdıracaqlar.

V.Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar