“Rusiya heç vaxt belə təcrid olunmamışdı” - Obama

ABŞ prezidenti Barak Obama Ukraynada baş verən hadisələrə münasibət bildirib.

Axar.az xəbər verir ki, Obama NATO-nun Ukraynaya qoşun yeritməyəcəyini deyib:

“Ukrayna böhranını həll etmək üçün hərb variantını düşünmürük. Biz beynəlxalq aləmin Rusiyaya təzyiq etməsini istəyirik”.

Ukraynada yaşanan hadisələrlə bağlı Almaniya Kansleri Angela Merkel ilə danışdığını deyən Obama qarşılıqlı olaraq hadisələrin Rusiyanın ucbatından baş verdiyini düşündüklərini qeyd edib.

Obama Rusiyanın “Soyuq müharibə” dönəmindən bəri heç vaxt belə təcrid olunmadığını deyib: “Ukrayna hadisələri ölkənin daxilində baş vermir. Rusiya havadarlıq etdiyi qüvvələrə silah, canlı qüvvə verməklə bu ölkənin sabitliyini pozur. Bunun da nəticəsi olaraq ABŞ, AB və beynəlxalq tərəfdaşların tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün Rusiya təcrid olunub. Rusiya “Soyuq müharibə” bitdikdən sonra heç vaxt bu cür təcrid olunmamışdı. Rusiyanın Ukraynaya müdaxiləsi bu ölkənin daha da təcrid olunması ilə nəticələnəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar