Ötən il ABŞ tərəfindən ölkə xaricindəki hərbi əməliyyatlarda 120 dinc sakin öldürülüb
Baxiş sayı:
Dərc olunub:
02/05/2019 - 23:05
2018-ci ildə ABŞ tərəfindən İraq, Suriya, Əfqanıstan, Somalidə keçirilən hərbi əməliyyatlar zamanı azı 120 dinc sakin öldürülüb.
“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun Konqresin sorğusu ilə hazırlanaraq dərc olunan illik məruzəsində bildirilir.
Məruzəyə əsasən İraq və Suriyada 42, Əfqanıstanda 76, Somalidə isə 2 mülki şəxs həlak olub. Sənəddə həmçinin Liviya və Yəməndə mülki əhali arasında ölənlərin olub-olmamasına dair dəqiq məlumatların olmadığı qeyd edilib.
“ABŞ Müdafiə Nаzirliyinin bütün əməliyyatları qanun çərçivəsində, o cümlədən mülki əhalinin müharibə dövründə qorunması prinsipləri əsasında keçirilib”, - məruzədə vurğulanır.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.