Urmiya gölünün suyu artıb

 

Bu il İranın Qərbi Azərbaycan vilayətində Urmiya gölünün suyu ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyard kubmetrdən çox artıb və hazırda 4 milyard kubmetri keçib.

Trend-in məlumatına görə, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Sulu Bataqlıq (Wetland) Ekosistemləri İdarəsinin müdiri Məsud Baqirzadə Kərimi deyib.

M.B.Kəriminin sözlərinə görə, su artımı yağıntıların çoxalması nəticəsində olub və su səviyyəsi 1271 metr 70 santimetrə çatıb.

Urmiya Gölünün Bərpası Komitəsinin məqsədinin gölün suyunun 1274 metrə çatdırmaq olduğunu deyən M.B.Kərimi bildirib ki, bunun üçün təxminən 10 milyard kubmetr suya ehtiyac var.

Urmiya gölü 2001-ci ilin ortalarından qurumağa başlayıb. Urmiya Gölünün Bərpası komitəsinin layihələri çərçivəsində suyun öz səviyyəsinə qaytarılması üçün onillik proqram nəzərdə tutulub. Bu proqram 2015-ci ildən başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar