ASLANLININ BANKINDAN 9 MİLYON "ÇƏKİBLƏR" - "Bank Avrasiya" “aradan çıxır”?

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan "Bank Avrasiya" nın maliyyə göstəriciləri getdikcə pisləşir. İlk baxışdan hətta elə gəlir ki, bank yavaş-yavaş “aradan çıxır”. Hazırda bu bankı ölkənin bank sektorundakı ən zəif həlqələrdən biri də hesab etmək olar.

Belə ki, "AzPolitika.info"nun məlumatına görə, ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, bankın ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Bəlkə də bunu təsadüfi hal hesab etmək olardı. Lakin 2019-cu ilin birinci üç ayının maliyyə nəticələri göstərir ki, burada təsadüfi heç nə yoxdur. Ona görə ki, göstəricilər bankdakı geriləmənin daha da artdığını və dərinləşdiyini deməyə əsas verir.

2019-cu ilin 1-ci rübünə olan hesabata baxdıqda görürük ki, bankın cəmi aktivləri və cəmi öhdəlikləri kəskin şəkildə azalıb. "Bank Avrasiya"nın 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə cəmi aktivləri 6 mln. 869 min manat azalaraq 155 mln. 347 min manata enib. Bankın cəmi öhdəlikləri isə təxminən 9 milyon(8 mln. 697 min manat) həcmində azalıb və cəmi 91 mln. 305 min manat təşkil edib.

Bankın öhdəliklərindəki azalma ilk növbədə müştəri depozitlərinin azalıması ilə əlaqədardır. Belə ki, hesabat dövründə müştəri depozitləri 9 mln. 221 min manat və ya 27 faiz azalaraq, 23 mln. 890 min manata enib.

Bu o deməkdir ki, müştərilər bankdan 9 milyon manatdan artıq pullarını çəkiblər. İstər-istəməz belə təəssürat yaranır ki, R.Aslanlı vəzifəsindən kənarlaşdırılandan və ətrafında yaranan müxtəlif qalmaqallardan sonra müştərilərin banka münasibətində mənfi mənada ciddi dəyişiklik baş verib. Çünki qısa müddətdə 9 milyon manatdan artıq depozitin geri çəkilməsini başqa səbəblə izah etmək olduqca çətindir.

"Bank Avrasiya" nın maliyyə durumunun ürəkaçan olmadığını göstərən daha bir məqam bankın mənfəətinin kəskin şəkildə azalmasıdır. Belə ki, 2019-cu ilin birinci rübündə bankın xalis mənfəəti demək olar ki, 0-a yaxın olub – cəmi 14 min manat.

Qeyd edək ki, "Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, bankın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.

Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün olduqca mənfi tendensiyadır. Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.

Xatırladaq ki, rəsmi olaraq, "Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır.

Elə həmin ilin əvvəlində də Rüfət Aslanlı Milli Bankın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdu və bu dövrü Aslanlının “çiçəklənmə” dövrü hesab etmək olar.

Hazırda isə sabiq məmurun taleyilə bağlı müəmma davam etməkdədir. Çünki vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib.

İqtisadiyyat şöbəsi

635x100

Şərhlər

Али 2019-05-03 11:31:13

Bu bankın əsl sahibi kimdir və səbəbdən kiçik də olsa bu bankı bu təcrübəsiz və özlərindən razı, tamahı iti olan uşaqlara həvalə edib?

Ekspertə 2019-05-03 11:31:13

Ekspertin qarışıq,dolaşıq şərhindən belə çıxır ki, kimin yuxarıda adamı var o oliqarxa çevriə bilir..Ancaq unudur ki. kapitalizmdə prezident cəmi iki dəfə çeçilə bilərŞqohumbazlıq,yerlibazlıq ,regionçuluq istisnadır. Hesabatlılıq mövcuddur,hüquq mühafizə orqanları mövcuddur.yalan statistika olmur,nəzarətsiz heç nə,heç kim olmur!Konstitusiya tualet kğızına çevrilmir.

VƏTƏNDAŞ 2019-05-03 11:31:13

TALANÇILARA OĞRULARA QAŞIN ÜSTƏ QARA VAR DEYƏN YOXDUR. HAMISI ÖZ BİZNESLƏRİNDƏ ÖZ KEFLƏRİNDƏDİRLƏR. XALQIN PULUNU QAYTARMAQ FİKİRLƏRİ DƏ YOXDUR.

İqtisadçıya ekspert 2019-05-03 11:31:13

Sosialzm keçib, kapitalist qanunu isə varidatın miqdarı və mənbəyinə məxfilik verir! Ancaq, iri pul sahibinin dövlət vəzifəsinə təyinatı "Əl əli yuyar, əllər də üzü!", məramında olmasın? Əlli, yüz manatlıq kiçik sahibkarlar bəzən bir neçə ilə milyarder sindikatlara çevrilibmiş? Çoxunun da donoru bəzi xarici giper layihələr kimi dövlətimizmiş? Deməli, zəki olsaq, misal üçün hər ailə hətta 20 000 manat (cəmi 50 milyarddan) alaraq bir neçə ilə milyoner ola bilərikmiş?

Veteran 2019-05-03 11:31:13

Ona gore de haqsiz yere " Standard" bankin awina qatdigi oz qabindan cixir

İqtisadçı 2019-05-03 11:31:13

Bunun bnkının necə yaranmasına niyə diqqət yetiilmir? Axı hər yetən bank aşa bilməz.Bunun kökü,vəsaiti.fəaliyyəəti.məqsədi.kimə bağlılığı niyə açılmır?

Son yazılar