“Google” Azərbaycanda məşğələ keçirib

Kurs “AdWords”un bütün rusdilli istifadəçiləri üçün nəzərdə tutulub

Bu günlərdə işə başlayan “Google” onlayn məktəbinin yeni sezonu çərçivəsində Azərbaycanda “Google AdWords”la işin xüsusiyyətləri mövzusunda onlayn vebinar keçirilib.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, onlayn məktəb – yeni işləməyə başlayanlar üçün “AdWords” üzrə pulsuz onlayn məşğələlərdir. Kurs “AdWords”un bütün rusdilli istifadəçiləri üçün nəzərdə tutulub.

Məktəbin proqramına “AdWords”proqramının imkanları ilə tanışlıq, büdcənin effektiv istifadəsi üzrə tövsiyələr, “AdWords”la işin müxtəlif MDB ölkələrinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan) bazarlarında xüsusiyyətləri, mütəxəssislərə birbaşa efirdə sual vermək imkanı və bir sıra digər imkanlar daxildir.

Azərbaycanda “AdWords”la iş prinsiplərinə həsr olunmuş vebinarda yerli bazarda internet reklamın ən son inkişaf trendləri ilə, “AdWords”un alətləri ilə tanış olmaq imkanı təqdim edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar