DEPUTATIN YAŞADIĞI BİNANI DA ƏXLAQSIZLIQ YUVASINA ÇEVİRİBLƏR - "Müraciət etmədiyimiz yer qalmayıb"

“Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binanın yarısını kimlərsə hostelə çevirməklə, orada insan alveri, əxlaqsızlıq yuvaları yaradır”. Modern.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi gerçəkləşib: “İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb. Nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın. Hostellər üçün ayrıca girişlər olmalıdır”.

635x100

Şərhlər

Vətəndaş 2019-05-03 16:10:34

Əgər deputatın müraciətlərinə baxan yoxdursa,bəs sadə insanlar neyləsin?

Alı 2019-05-03 16:10:34

Bir deputat ki, öz yaşadıgı binadakı əxlaqsızlıgın qarşısını ala bilmək qüdrətində deyilsə day denən kül olub o deputatın da, deputatxananın da başına.Bəs bunlar nəyin deputatıdır? Bəs bu deputatlar secicilərin problemləri ilə necə məşgul ola bilərlər?Sanki bunlar deputat deyil "matroşkalardır" ki, düzublər (otuzdurublar) parlamentin kreslolarına.Ölkənin ali qanunverici orqanı olaraq Milli məclis İFLİC vəziyyətindədir.

Amon 2019-05-03 16:10:34

O dediyin exlaqsizliq yuvalarinin ekseriyyeti o yaninda oturan HADI RECEBLININDI ona de bize niye deyirsenki

Ayzek 2019-05-03 16:10:34

Bizim olan-qalan abrımız Sizin kimi deputatların ucbatından getdi.

EMIN 2019-05-03 16:10:34

Bu deputat deyasan olkada sayi azalan turistlarida gacirdmag niyyatindadi.

Veteran 2019-05-03 16:10:34

Niyə polisə şikayət edib,polis çağırmır? Bəlkə özü də bu işlə qarışıqdır? Axı belə yerlərin çoxunu hüquq mühafizə orqanlarının mötəbər vəzifəliləri himayə edir.Elə yerlərin hamısının adresləri polislərə bəllidir.Sadəcə himayədarlıq edirlər.

Son yazılar