Sumqayıtda kişi ticarət mərkəzində arvadını və özünü bıçaqlayıb - VİDEO

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "Cavid Mall" ticarət mərkəzinin qarşısında həyat yoldaşı ilə mübahisə edən kişi ona bir neçə bıçaq zərbəsi vurub, ardınca isə özünü bıçaqlayıb.

Hadisənin nə üstündə törədildiyi məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar