Tripoli yaxınlığında silahlı qarşıdurma qurbanlarının sayı 400-ə yaxınlaşıb

Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığında davam edən silahlı toqquşmalarda ölənlərin sayı 400-ə yaxınlaşıb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəliyinə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, bu günədək hökumət qüvvələri ilə feldmarşal Xəlifə Həftərin komandanlıq etdiyi Liviya milli ordusu arasında gedən döyüşlər nəticəsində azı 392 öldürülüb, 1936-sı isə yaralanıb.

Daha əvvəl Liviyada Həftərin qoşununun Tripoliyə hücumun ikinci mərhələsinə başladığı məlumat verilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar