Ayətullahdan 3G internet fətvası

İranlı ayətullah 3G-ə qarşı çıxır

İranın sərt təmayüllü vəzifəli ayətullahlarından biri bəyan edib ki, yüksək sürətli mobil internet qeyri-islamidir və insanlıq və mənəviyyat normalarına ziddir.

Böyük Ayətullah Naser Makarem Shirazi deyib ki, İran hökuməti yüksək sürətli mobil intrenet və 3G xidmətləri ölkədə geniş istifadə olunmazdan əvvəl onların “mənfi imkanlarını” önləyən tədbirlər görməldiir.

Mömin şiələrin nümunə hesab etdikləri Makarem Shirazi bildirib ki, internet xidmətlərinin tələm-tələsik genişləndirilməsi gənclərə anti-İslam məzmunlu filmlərə və başqa materiallara çıxış verər və mənəvi pozğunluğu artıra bilər.

Makarem Shirazi bu bəyanatı bir qrup internet istifadəçisinin sorğusu ilə bağlı verib.

Öz internet səhifəsində yerləşdirdiyi bəyanatda Makarem Shirazi yazır ki, hakimiyyət internetdə senzura da daxil olmaqla virtual məkana nəzarət edən Ali Kiberfəza Şurası ilə məsləhətləşməlidir.

Qeyd edək ki, bu, Makarem Shirazi-nin 3G-yə qarşı ilk hücumu deyil. Ötən il o videozəngləri tənqid edərək demişdi kİ, onların xeyirdən çox ziyanı var. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar