İNSANOV – BAŞQA ANANIN OĞLU

Aygün MURADXANLI

Əgər bir əcnəbi qəzetçi Azərbaycana gəlib, rast gəldiyi orta yaşlı ilk azərbaycanlıya “Əli İnsanov kimdir” sualını versə, cavab təxminən belə olar - ‘’Azərbaycan səhiyyəsinin “anasını” ağladan nazir, korrupsionerin böyüyü, xəstəlik dərəcəsində yerlibaz, yekəxana, yediyi boşqaba tüpürən dönük”. Onun siyasi məhbus olması 10 nəfərdən 2-sinin yadına düşər, ya düşməz....

Özündən başqa bütün Azərbaycan bilir ki, ictimai portretinin əsas cizgiləri bunlardır. Hətta həbsindən az sonra prezidentə “qələt eləyib başımı daşdan-daşa döymüşəm” rədifli yalvarış məktubunun üzərindən sükutla keçib haqqında “türmədə sınmadı, kişi kimi yatdı, çıxdı” gəraylısı qoşanlar da bu gerçəklər qarşısında susmağa məcburdurlar.

İndi bu korrupsioner, yolu tibb müəssisəsinə düşənləri canından bezdirən, həyatdan, Vətəndən küsdürən eks-nazir, ABŞ mediasına açıqlama verib utanmaz-utanmaz “siyasi partiya yaradıb ölkədə demokratiya uğrunda mübarizə aparacağam, bu yola boynumda kəfən çıxmışam” deyir. Bircə kəfən məsələsində haqlıdır. 73 yaşlı insan gərək kəfən məsələsini bir an belə yadından çıxarmasın.

Deyən gərək, sən Azərbaycanda demokratik düzən qurmaq istəyirdinsə, hakimiyyətdə təmsil olunanda, hökumətdəki və hakim partiyadakı səlahiyyətlərin buna imkan verəndə niyə tam tərsi ilə məşğul idin? Sən xalqın halına belə yanansansa, niyə rəhbərliyin dönəmində tibb müəssisələrini açıq bazara çevirdin? Niyə dövlət xəstəxanalarına ayrılan pullar sənin özəl xəstəxanalarının yaradılmasına xərcləndi, nəyə görə dövlət xəstəxanalarında laboratoriyalar qəsdən sıradan çıxarıldı, bütün xəstələr analizə üçün sənin xəstəxanalarına yönəldildi, heç kimə salam verməyib koridorlarında zəhrimar yağan sifətlə dolaşdığın Səhiyyə Nazirliyi HƏR həkimə sənin xəstəxanalarına konkret sayda xəstə yönəltmək tələbi qoydu? Normal doğuşla dünyaya uşaq gətirən qadınların sayı niyə nazirliyin dönəmində 40 faiz azalmışdı, cənab eks-nazir? Yaddaşını təzələyək - qeysəriyyə əməliyyatı doğuşdan 500 manat baha olduğu üçün... Bu ölkənin morqlarına belə xərac qoyduğun günləri sən unuda bilərsən, xalq yox.

Saxtakarlıqla əldə etdiyin akademikliyin Biləcəriyə də çatmaz. Hanı astma xəstələrini məhkum etdiyin “İnsanovin”in? Ucuz dərmanları apteklərdən yığışdırıb, heyvan bağırsağına un büküb “dərman” adı ilə od qiymətinə millətə sırıdığın dərmana görə nəfəsi gedib gəlməyənlərdən aldığın “ah” 3 canın olsa, 3-ünə də bəsdir. Sən alim, “İnsanovin” dərman idisə, niyə dünyanın bir əczaçılıq şirkəti patentini almadı, sən həbsxanaya girdiyin gün “İnsanovin” də öldü?

Sürücüsünün bakılı, köməkçisinin tovuzlu olduğunu yerlibaz olmaması üçün bayraq edən eks-nazir desin görək, nazirlikdə, tibb müəssisələrində, büdcə talançılığı ilə yaratdığı özəl müəssisələrdə bütün rəhbər vəzifələri Qərbi Azərbaycanlıların tutması onun qəbilə təfəkkürünün yox, bəs, nəyin göstəricisi idi?

Qərbi Azərbaycan dövlətin, ölkənin həyatına çox dəyərli insanlar verib. Əgər bu gün rəhbər vəzifə tutan Qərbi Azərbaycanlılara vətəndaşda qıcıq varsa, ilk səbəbkarlarının öndə gedənlərindən biri Əli İnsanovdur. Ömrünün bütün mərhələlərində millətin parçalanması, çiyin-çiyinə deyil, qarşı-qarşıya dayanması üçün əlindən gələni edən İnsanov yaşının 73-ündə, 14 il islah həyatından sonra yenə də deyir ki, əvvəl öz "anam"dı, sonra başqa "analar". Daş doğaydı anan...

Bundan sonra əlini bala batırıb millətin boğazına salsan da sənə kimsə inanmaz, Əli İnsanov. Sağlam düşünən, ölkəyə, dünyaya aydın baxan heç kim indiyə qədər hakimiyyətdə təmsil olunub sonradan çıxdaş edilənlərin yenidən siyasətə gəlməsinə imkan verməz. 28 il tarix üçün qısa insan ömrü üçün ÇOX böyük zamandır. Daha yediyinizi yediz... Millətin sənə və səninkimilərə xərcləyəcək 1 saniyəsi belə yoxdur.

Aygunmuradxanli.com

635x100

Şərhlər

oxucu 2019-05-03 22:29:41

Davamı. O vaxt tanışım danışdı ki, mənə 100 dollar verdi ,ancaq bəzi xod gedənlərə lap çox verdi .Məni fikir götürdü,yaxşı pulu başa düşdük ki ələ almaq üçün vasitədir,bəs o kağızda nə yazılmışdı ? 2005 ci ildə Əli İnsanov həbs olunanda təxmin etdim ki, o kağızda nə yazıla bilərdi.O dövr üçün Yüksək vəzifədə olan,var dövləti başından aşan,səhiyyədə at oynadan,mənəm-mənəmliyi ilə insanların nifrətini qazanan Əli İnsanov 14 il yatıb çixandan sonra islah olmayıbsa o dövlətimiz üçün hal-hazırda çox qorxuludur

oxucu 2019-05-03 22:29:41

Aygün xanım çox gözəl yazıb ancaq bir az gecikib.Eybi yox.ruslar deyib.Luçşe pozdno,çem ni koqda.Deməli hardasa 2004 -2005 ci illərdə olub bu hadisə.Binəqədidə yerləşən Zəngəzur restoranında Əli İnsanov böyük bir yığıncaq keçirdi.Ora ancaq Qərbi Azərbaycanlılar o cümlədən Lənbəli kəndinin bütün ziyalıları dəvət olundu.Həmin görüş iştirakçılarına 100 dollardan başlayaraq küllü miqdarda pul konvert vasitəsi ilə paylandı.hər konvertin içində də çağırış. İştirakçılardan biri ehtiyatsızlıq edib bunu danışdı.

гачгын 2019-05-03 22:29:41

ЖЕНЩИНЫ И СЛОНЫ НЕКОГДА НЕЗАБЫВАЕТ ОБИДЫ

EJDER 2019-05-03 22:29:41

BES NIYE DEMISINIZ KI,BIZIM KIMI INKIWAF EDEN BAWQA HOKUMET YOXDU...BELKE BIR YAVAWDIYAQ.STATISTIKAMIZ COX AQ ELEYER.SIZ DUZGUN IWLEYEN NAZIR TAPSAZ...HA HA HA

AAgahuseyn 2019-05-03 22:29:41

Səhiyə sistemi indi daha pis vəziyyətdədir.Hec vaxt belə biabırcılıq olmayıb.Mənim də bəyənmədiyim sovet dövxünün indi xifətin cəkən coxdur.İnsanovun dövründə bu qədər biabərcılıq olmayıb.

Ayzek 2019-05-03 22:29:41

İndikiki nazirlə keçmişdəkinin fərqindən də yazın.

muzaffar 2019-05-03 22:29:41

Məgər Səhiyyədəki indiki vəziyyət İnsanovun vaxtındakından heç olmasa bir az yaxşıdırmı? Daha da pisdir. Dövlət xəstəxanaları özəllər kimi insanları soyur.Səhiyyə pulsuzdur naöılına (cinayətinə) kim cavab verəcək! Akademikliyə gəlincə elə bu günlərdə Abel Məhərrəmov da dedi ki, o, dövlət başcılarının "vasitəsi" ilə akad. olub. AMEA-ya heç vaxt seçki keçirilməyib(başqa "seçkilər" də elə). Bu xanım yaxşı olar ki, traybalizmi, qəbilə quruluşunu ölkəyə kim gətirib, onun adını çəksin!

Sus 2019-05-03 22:29:41

HÖRMƏTLİ aYGÜN XANIM BU SUALLAR SİZCƏ KİMƏ VERİLMƏLİDİR? yOXSA CAAMATI AVAM YERİNƏ QOYURSAN?hƏMƏN əLİLƏRİ MƏGƏR BU REJİM YARATMIYIBMI? Niyə İnsanov bu faronluğu edəndə dinmədilər,hakimiyyət ideyasına düşən kimi onu "boyunladılar"?Yaxşı olar ki, siz bu suallara cavab verin.Onda edikləriniz məntiqli olar.Qaldı ki,su o qədər çirklənib ki,üfunəti dünyaya yayılıb.Mənim 85 yaşım var.50 ilimi həyat saymıram.Çünki bu 59 ildə mən nə qədər anti-insani sifətlər gördüm.Bu ömrü heç kəsə arzulamaram.

AZER 2019-05-03 22:29:41

aygun xanim.vaxtinda insanovu uzaqlashdirdilar.gorursen de indi sehiyyemiz dunya seviyyelidir,mualice almaq ucun neinki bizim yuksek vezife sahiblerimiz xarice gedir,eksine avropadan da bir cox dovlet resimleri bize mualiceye gelir,tehsilimiz,sehiyyemiz dunya standartlarini vurub kecdi,belke bir az yavashiyaq,,,

ayrım 2019-05-03 22:29:41

12 il ən ağır zonda yatib, dediyindən dönməyən bir insana cətin ki, xanım Muradxanlının sözləri təsir edə.Elə dəyilmi? Bir də ki bunu zamanında yazmaq lazım idi. Hər şeyin bir zamana ehtiyacı olduğu kimi...

Kənar adam 2019-05-03 22:29:41

Səhiyyənin indiki durumu çoxmu fərqlidir? Bəlkə elmdə böyük nailiyyətlər əldə etmişik, akademiklərimiz Nobel mükafatı alır xəbərimiz yoxdur? Korrupsiya məsələsinə də çox girmə başına iş acarsan. Ayrıca, xalqın adından danışmağa da heç kim səni vəkil etməyib.

XÜSUSİ KONSPİRİOLOGİYA: 2019-05-03 22:29:41

İNSANOVUN KİM OLSINI BİLMƏK ÇOXÇƏTİNDİR....

t.ədalət 2019-05-03 22:29:41

Araqarışdıran yazılardan zəhləm gedir.Umu-küsüləri düşmənçiliyə çevirmək lazım deyil.Ə. İnsanovun rüşvətxor olduğunu mən də bilirəm.Onunla şəxsi tanışlığım yoxdur.Amma yeni nazir həm rüşvətxordur,yarıtmazdır,həm də ... "Qəribi Azərbaycan" deməklə, Siz qədim İrəvanı inkar edir,bir növ erməniyə xidmət edirsiniz.ermənilər də bundan istifadə edib deyəcəklər ki,qovulanlar Qəribi Azərbaycandandır. Qəribi Azərbaycan isə Qazax-Tovuz zonasıdır..

Ədalət 2019-05-03 22:29:41

Aygun xanim ,çox gözəl,tutarli,kəskin ,cəsarətli yazmisiniz .Sizinlə 100 % raziyam.Ancağ deyirəm ay Aygun xanim İnsanov islədiyi dövrdə niyə yazmirdiz. Bu birincisi .İkincisi indiki səhiyyə sistemi o vaxtkinnan coxmu yaxşi vəziyətdədir.Qərəz Azərbaycan qadinina yaraşan əməl deyil. Yox əgər qərəz deyilsə ,onda haydi növbəti gunlərdə sizdən səhiyyəmizin hazirki vəziyyətindən obyektiv bir məqalə gözləyirik. .

yalçın 2019-05-03 22:29:41

90-cı illərdə niyə yazmırdı..həm də axı İnsanov özü bu sistemin məhsul və yetirməsidir, yaradıcısı deyil..yazanda vaxtında və qərəzsiz yazmaq gərəkdir, da belə vulqar bir üslubda yox..

Mirzə AĞ 2019-05-03 22:29:41

Əli İnsanov ....ilk qurbanlarından biri olan Azərbaycan alimidir....

Son yazılar