Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var
Baxiş sayı:
Dərc olunub:
03/05/2019 - 22:42
Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, Bayıl qəsəbəsində iki minik maşınının toqquşması nəticəsində ad günündən qayıdan bir ailənin 3 üzvü xəsarət alıb.
Məlumata görə, "90-CF-723" dövlət qeydiyyat nişanlı avtomobildə olan 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.