İstanbulda Türkiyənin ən böyük məscidi açılıb - FOTO

İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı baş tutub.

Trend-in məlumatına görə, bu, Türkiyədə ən böyük məscid adını qazanıb.

Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məscidin hündürlüyü 72 metrə bərabərdir. Burada muzey və kitabxana da fəaliyyət göstərəcək.

Qeyd edək ki, eyni anda 63 min nəfərin namaz qıla biləcəyi məscidin tikintisi 6 il əvvəl başlamışdı.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar