Türkiyə səfiri Nalbandyanın Ərdoğanın andiçməsində iştirakından danışdı - Video

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması ilə bağlı mərasimə Ermənistanın da dəvət olunmasına münasibət bildirib.

APA TV-nin xəbərinə görə, səfir Türkiyənin diplomatik əlaqələrinin mövcud olmadığı və Türkiyəyə qarşı iddialarından geri çəkilməyən bir ölkənin mərasimə dəvət olunması ilə bağlı bildirib ki, Türkiyə tarixi dəyişiklik yaşayıb, ilk dəfə xalqın iradəsi ilə prezident seçilib. Alper Coşkun bəyan edib ki, Türkiyə xalqla dövlətin bütövlüyünün çox açıq şəkildə göründüyü bir prosesdən keçib və bu prosesin ən önəmli mərhələlərindən biri də prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi idi: "Türkiyənin dostluğundan istifadə etməsinin vacibliyi, düşmənçiliyindən isə çəkinməyin lazım olduğunu hamı gördü".

Türkiyə səfiri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi mərasiminə dəfət etməsi ilə bağlı sualları da cavablandırıb: “Bizim təktərəfli iddialara yanaşmamız məumdur. Tarixin hər hansı bir dövrünü araşdırsaq, biz özümüzə tam güvənirik. Biz şanlı Türk tarixinin istənilən dövrünü incələməyə hazırıq”.

Səfir Türkiyənin yeni hökumətinin Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə əsaslanan siyasəti davam etdirəcəyini deyib. Onun sözlərinə görə, Türkiyə prezdienti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Alper Çoşkunun fikrincə, yeni prezidentin ilk səfərini Azərbaycana etməsi təsadüfi deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar