SABİQ NAZİRİN QARDAŞININ ƏMLAKLARI DA SATIŞA ÇIXARILDI - 5,2 milyona + FOTO

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb. Bu barədə “Unikal” qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub.

Xəbərdə deyilir ki, N.Məmmədova məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki hərbi çağırışçıların Biləcəri toplanış məntəqəsi ilə üzbəüz yerləşən mülkü satılır. İri həyətyanı sahəyə də malik villaya 1 milyon 200 min manat satış qiyməti qoyulub. Mülkün özünün ümumi yaşayış sahəsinin isə 3 min kvadratmetrə yaxın olduğu deyilir.

Bundan başqa, sabiq nazirin mərhum qardaşının yenə Biləcəri ərazisindəki, “Şamlıq” adlanan yerdəki böyük torpaq sahəsi də satışdadır. Məlumatda bildirilir ki, həmin hasarlanmış sahə 4 milyon manata satılır.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun özünə məxsus əmlakın və obyektlərin də satılması müşahidə olunur. Bu ilin mart ayında sabiq “nəqliyyat şefi”nin Nardarandakı villasını çox ucuz qiymətə satdığı məlum olmuşdu. Bildirilirdi ki, Ziya Məmmədov uzun illərdir baş çəkmədiyi həmin villaya 310 min manat qiymət qoyub.

Daha əvvəl isə sabiq nazirin Biləcəri qəsəbəsində yerləşən başqa bir məşhur əmlakı “Delfin” hotel sökülmüşdü. Sözügedən hotelin sökülməmişdən əvvəl keçmiş nazir tərəfindən satıldığı bildirilirdi. Hətta bəzi iddialara görə, Z.Məmmədov “Delfin”lə vidalaşmaq fikrində deyilmiş, ancaq hansısa səbəbdən buna məcbur olub.

635x100

Şərhlər

MİKRARAYONDAN 2019-05-04 17:15:22

bütün günahlar qanunsuz işləri rəsmiləşdirən TAXTABİTİDƏDİRRRRRRR.

Muxdan -Suala 2019-05-04 17:15:22

Qardasım tam haqlısan.Stalinin dövrü olsaydı bu kimi milyarderlər çoxdan güllələnərdilər. Bu bəzi .. milyarderlərdə vicdan deyilə şey yoxdur.Kimi qurdalayırsan milyardlara bərabər varidatın sahibidirlər.Ziya deyək ki,nazir olub və gəliri z-d direktorlarından 1000000(bir milyon)dəfə çox olub.Misal-dağılmaqda olan Azneftkimyamaşın rəh və Səbayıl Maşınqayırma z-d direktoru Əli İsmayılovun varidatları milyardlara bərabərdir. Qəribəsi budur ki,Baş Prokuror niyə bu məsələləri araşdırmır.))yəqin haqqlarını alıblar

Habil 2019-05-04 17:15:22

TALANCILAR MİLLƏTDƏN OĞURLADIQLARI MİLYARDLARI QAYTARMALIDIRLAR. ONSUZ DA MİLLƏT BİR GÜN BUNUN HAQQ HESABINI TƏLƏB EDƏCƏKDİR

sual 2019-05-04 17:15:22

Bu cür mulklər sarişa cıxarılmamalıdır əslində. Ona görə ki nə Ziya nə dəqardaşlarının dədəsi neft maqnatı dəyildilər. Bir soruşan yoxdur ki bu qədər pul-para onlara hardandır. Yaxud Biləcəridəki şamlıqda onlarınəmlakı necə ola bilər. Bunlar millətin sərvətləri dəyilmi? O şamlıq məmurlat tərəfindən qanunsuz özəllədiyi hald, Kərəm Həsənov millətin bir otaqlı evini belə özəlləşməyə imkan vermir.Bu qədər vicdansizlıq olurmu ya?

Son yazılar