Çin müsəlmanlara divan tutur - 3 milyon uyğur türkü həbsxanalara atılıb

“Reuters” agentliyinin xəbərində bildirilir ki, cümə günü ABŞ Çini “vətənpərvərlik tərbiyəsi düşərgələrinə" görə yenidən və daha sərt şəkildə ittiham edib. Bəllidir ki, bu düşərgələrdə saxlanılanların əksəriyyəti uyğurlar və digər müsəlman azlıqlardir. Düşərgə adlandırılan həmin həbsxanalarda qazaxlar və qırğızlar da var. Çin müsəlmanlarının əksəriyyəti ölkənin ən böyük reqionlarından biri olan Sincanda yaşayır. Uyğurlar min illərdir ki, bu ərazidə məskunlaşıb və region əhalisinin əksəriyyətini təşkil edir. Ancaq Çin regionun etnik tərkibini dəyişmək üçün buraya çinliləri köçürməkdə davam edir.

Uyğurların yaşadığı bu region təkcə böyük əraziyə malik deyil. Bölgə həm də neft və təbii qazla zəngindir. Bu səbəbdən rəsmi Çin uyğurlar arasında mümkün separatçı əhval-ruhiyyədən narahatdır. Rəsmi Çin bu düşərgələri “professional hazırlıq mərkəzləri” adlandırır. Və bildirir ki, Çin bu yolla İslam ekstremizminə qarşı mübarizə aparır.

Bu problem barədə beynəlxalq media qurumları dəfələrlə yazıb. Çin rəsmiləri bu kimi xəbərlərin gündəmə gəlməsinə son dərəcə ağrılı və aqressiv reaksiya verir. Ancaq vəziyyətin dəyişməsi üçün müvafiq addımlar atmır.

“Reuters”in xəbərində qeyd olunur ki, ABŞ Müdafiə Departamentinin Asiya üzrə rəhbəri Randall Schriverin bu məsələ ilə bağlı açıqlaması rəsmi Pekin ilə Vaşinqton arasında gərginliyi daha da artıracaq.

Çinin “vətənpərvərlik tərbiyəsi düşərgə"sində saxlanılmış keçmiş məhbuslar agentliyə bildirib ki, onlar mütəmadi olaraq həmin düşərgələrdə döyülüblər, qəddar şərtlər altında yaşamaq zorunda qalıblar. Amansız münasibətə dözməyənlər isə özlərini asırdı.

Pentaqonu təmsil edən Randall Schriverin deyib ki, Çin Kommunist Partiyası güc strukturlarının köməyi ilə yerli müsəlmanları bu kimi düşərgələrə doldurub və hazırda həmin düşərgələrdə saxlanılan müsəlmanların sayının 3 milyon nəfər olduğu ehtimal edilir.

635x100

Şərhlər

Bu megalenin muellifinin adi niye yoxdur? 2019-05-04 22:56:15

Birincisi yazmalisiniz Dogu Turkustan Sinzyan yox ikincisi ne ucun Azerbaycan ve diger turk dovletleri Turkiye ve ABD ile birge hereket ederek Cin kommuno-fasizmine geti etirazlarini bildirmirler? Cin fasizmi alman fasistlerinden daha vehsi ve ikiuzlu hereket edirler ve 40 milyonluk Dogu Turkustanli soydaslarimizi mehv edirler ve soyleyirler ki, ya Cinli olmalisan ya mehv olmalisan, onun ucun sizler butun muselman dunyasina Cinle butun elagelerin kesilmesi ucun heyecan tebili calmalisiniz.

Türk 2019-05-04 22:56:15

Dünyada müsəlman qanına susamış bir ölkə var ki,o da ABŞ-dır.Bunu görmə mək ücün gərək kor olasan.

t.ədalət 2019-05-04 22:56:15

Rus hökuməti ilə Çinin yaxınlaşması müsəlmanların fəlakətinə səbəb olur.Dünyanı müsəlman qanına boyamaq istəyən yeganə ölkə Rusiyadır.Əfqanıstanda,İraqda,Suriya,Dağlıq Qarabağda və digər ölkələrdə hədəf seçilən yerli müsəlman əhali, əsasən rus silahları ilə qətl edilir.Xəzər dənizinbdən Suriyaya kortəbii surətdə atılan raketlər on minlərlə dinc əhalinin məhvinə səbəb olmadımı?

Son yazılar