XƏTAİDƏ GECƏ ƏMƏLİYYATI: İŞIQLARI SÖNDÜRDÜB 130 AĞACI MƏHV ETDİLƏR! - VİDEO

Paytaxtın Xətai rayonunda bir gecədə 130 ağac kəsilib. . Sakinlərin sözlərinə görə, həmin ərazidəki yaşıllıq 35 il öncə salınıb. Unikal.org xəbər verir ki, ağacları bina tikmək üçün kəsiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BakuPost-a açıqlamasında bildirib ki, məsələ araşdırılır: "Nazirliyin əməkdaşları hazırda hadisə yerindədir. Məsələ tam şəkildə araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

BakuPost-un əldə etdiyi məlumata görə, ərazidəki yaşllığı məhv edən isə iş adamı orada bina tikmək üçün Xətai İcra Hakimiyyətindən sərəncam alıb. Həmin iş adamının məmurlardan birinin qohumu olduğu bildirilir.

"AzPolitika.info"nun məlumatına görə,  ərazidə bina tikmək istəyən sahibkarlar narazı sakinləri pulla ələ almağa çalışıblar. Buna səbəb isə bina tikmək üçün müafiq qurumlardan icazələrinin olmamasıdır. Belə ki, yaşıllığı məhv edən iş adamlarının ərazidə bina tikmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq razılığı olmadığı bildirilir.

"Xətai İcra Hakimiyyətindən verdiyi sərancamda isə  sadəcə həmin iş adamlarına rayon ərazisində bina tikməyə icazə verilib. Konkret ərazi göstərilməyib. Ona görə də gecə ilə gəlib yaşıllığı məhv edərək, gizlincə binanın təməlini atmaq istəyiblər. Hətta bu məqsədlə bütün gecə boyu ərazinin işıqlarını belə söndürtdürüblər.  Sonradan tikintini köhnə tarixdə başladığı göstərilib,  Arxitektura Komitəsindən icazə tələb olunacaqdı" - deyə ərazidə yaşayanlar "AzPolitika.info"ya bildirib.

Yəni , işi oldu bitdiyə gətirmək istəyiblər.  Ancaq sakinlərin etirazı Xətai İcra Hakimiyyətinin, "Azərişıq" ASC-nin vəzifəli şəxslərinin də iştirakçısı olduğu bu planın baş tutmasına imkan verməyib. Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə bildirilib ki, həmin ərazidə heç bir bina tikintisi aparıla bilməz. 

Bununla belə əraziyə tamah salanlar öz niyyətlərindən əl çəkmək istəmirlər. Buna görə də ərazidəki binalarda yaşayanlar ölkə rəhbərliyinə müraciət edərək, qanunsuzluğa son qoyulması yaşlllığı məhv edənlərin cəzalandırılması üçün müafiq  göstərişlər verilməsini xahiş ediblər.

Qeyd edək ki, ölkə Prezidenti bir müdət əvvəl həyətlərdə bina tikilməsinin yolverilməz olduğunu bəyan etmişdi. "Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz”- deyə, ölkə baçısı bildirmişdi.

Görünür,  bəzi iş adamları və məmurlar o qədər harınlayıb ki, artıq Prezidentin tapşırığını belə eşitməzdən gələ, açıq şəkildə qanunsuz əməllərə yol verə bilirlər. Hüquq-mühafizə orqanları bu qanunsuzluğa  yol verənləri cəzalandıracaqmı? 

Məsələ barədə geniş məlumat verməyə çalışcağıq.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

sual 2019-05-05 14:24:37

Hörmətli sayt mən dəfələrlə reaksiya adından Sizə müraciətlər etmişəm ki Xətai rayonu sözün əsl mənasina indiki İHA əvəz edənlər tərəfindən hərraca qoyulub. Rayonun Həzi Aslanov metro stasoyasının, Heydər Parkının və Gəncə prospektinin və hətta sürüşmə zonası İnqilab İsmayılov kücəsindəki vətəndaşların ümumi istifadəsindəki yorpaq sahəsi qanunsuz olaraq hundürmərtəbəli yaşayış binası ücün satılıb. Həmin əraziləri rayon bələdiyyəsi qanunsuz olaraq fərdi yaşayış evi ücün Qaradağrayon sakininə satıb, niyə ya

Bashirov Qarib 2019-05-05 14:24:37

Ölkədə nələrsə bir şeylər baş verir.Prezidentin belə tikililərlə baglı sonuncu sərt çıxışı olmasaydı,onilliklər boyu törədilən adi hallardan biri hesab edərdik və oldu, bitdi deyərdik.Bu adi bir şey deyil. Kimlərsə,prezidentin uzərinə gedir,iradəsinə zidd hərəkətləri sanksiyalaşdırır. Enerji idarəsini də ,ərazidə işləyən inzibati-muhavizəni də satın alıb, tam gucu ilə irəliləyirlər.Bu artıq pul hərisliyindən çıxıb,guc numayiş etdirmək istəyirlər.Xalqımızı sayıq olmaga dəvət edirəm.

Veterana 2019-05-05 14:24:37

Ölkədə özbaşınalıq,nəzarətsizlik ( bəzi iqtidara yaxın adamların və onların qohumlarının) talan, büdcə oğurluğu,mənimsəmələr baş alıb gedəndə ölkənin idarə edilməsi də şübbhə altında qalır.Əfsus ki,bu belədir.Milyonlar,milyardlar goydə fırıldayır.Millət ac-yalavac!

t.ədalət 2019-05-05 14:24:37

Məktəb və s.ərazilərdə qanunsuz tikilən binaların istismarına icazə veriləndən sonra inşaat quldurlarının əl-ayağı açıldı.İndi bütün yaşıllıqlar məhv ediləcək.151 saylı məktəbin ərazisini kommersiya mənzillərinin tikinti meydançasına çevirəndə yüzlərlə ağac məhv edilmişdi.Ağacların kökü torpağın altında qaldı..

Veteran 2019-05-05 14:24:37

Bunun bir adi var, rayonun yiyesi yoxdur, ozbawinaliqdir!

Sadiq 2019-05-05 14:24:37

Gözəl hekayədir.Bu sahənin sahə müvəkkili,mühafizə polisi (bir sürü səyyar polislər) işıqlar yanmayanda xidmətdə olmurlar? Mişarın səsi çıxmır? Milləti niyə aldatmaq yolu tutursunuz? Bu boyda kəsimin səsi hər yerə yayılır.Yaxşı ağac kəsənləri hava işıqlaşanda tapa bildilər? BU oyunları qurtarıb,ölkəni ciddi idarə etmək,sıçan-pişik oyununu qurtarmağın vaxtı keçmirmi?

elman maxmudov 2019-05-05 14:24:37

Bu neca sarancamdi va kim verir tikintiya icaza verilir yeri gostarilmir tikintiya icaza IH vaBSIH salahiyyatinda deyil o ki galdi isig idarasinin orada rolu bu cinayat tarkibli isdir

Son yazılar