Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" debütant "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Əmir Ağayev vurub.

Bununla da "Sumqayıt" xallarını 26-ya çatdıraraq, Premyer Liqada qalmağı təmin edib. 27 xala malik "Sabah" 6-cı pilləyə enib. 20 xalla sonuncu olacağı rəsmiləşən "Keşlə" isə əsasnaməyə görə, elitanı tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar