İsrail Ramazan ərəfəsində yenə Qəzzanı qana boyadı - İkisi körpə 18 şəhid var

Son iki gündə İsrailin Qəzzaya atdığı raket zərbələri nəticəsində 18 fələstinli şəhid edilib.Bu barədə Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl Kidra məlumat verib.

“18 Fələstin vətəndaşı həlak olub, onlardan ikisi qadındır. Ana bətnində olan iki körpə də bu fəlakətə qurban gedib.110 nəfər yaralı var”,- deyə mətbuat katibi qeyd edib.

İsrail bir sutka ərzində Fələstin tərəfinə 600 raket zərbəsi endirib, 300 məntəqə hədəfə alınıb. Fələstinin açdığı cavab atəşləri İsraildə 3 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, İsrail hər il Ramazan ayı başlayan ərəfədə və bayramdan qabaq Fələstində müsəlmanları, o cümlədən uşaqları qətılə yetirir. Bununla da müsəlmanların bayram kimi qarşıladığ Ramazan ayını qara gətirməyə çalışır.Dünya isə bu vəhşiliyi sadəcə seyr edir.  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar