PUTİN AMERİKANI SUDA BOĞA BİLƏCƏK - Dünyanın ən böyük atom sualtı qayığı suya düşdü

“Bütün sualtı qayıqların anası” adlandırılan “Belqorod”, öz gövdəsində mini-submarınalar və sualtı dronlar daşıya bilmək qabiliyyətinə malikdir.

Bu sualtı qayığın üstünlükləri barəsində bütün aspektlərdə danışmaq olar. Almaniyanın “Stern” nəşrinin məlumatına görə, öz subasımına görə, “Belqorod” Birinci Dünya Müharibəsi dövrünün döyüş gəmilərindən böyükdür, onun uzunluğu 184 metrdir. “09852” layihəsindən olan “Belqorod” sualtı qayığı nəinki başqalarından uzundur, o, həm də xüsusi tapşırıqların yerinə yetirilməsi üçün hazırlanıb. İndi Qərbdə bu tapşırıqların nədən ibarət olduğu haqqında düşünürlər. Bu sualtı nəhəngin beş və ya altı ədəd yeni “Poseydon” torpedosu daşıya biləcəyi istisna edilmir.

- SSRİ-nin “mirası”

“Belqorod”un tikintisi heç də uğurlu başlamamışdı. İlk əvvəl “OskarII” sinfindən olan sualtı qayığın yaradılması nəzərdə tutulurdu. Lakin 1994-cü ildə Moskvanın pulu qurtardı və bu iş dayandırıldı. Hansısa anda qərara alındı ki, qismən hazır olan korpusu yenidən xüsusi sualtı qayığa quraşdırsınlar. Bu məqsədlə korpusu 30 metr uzadıblar. İndi onun uzunluğa 184 metr, sualtındakı su basımı isə 30 min tondur. Onun sürəti saatda 33 uzla (təxminən saatda 60 km) çata bilər. Mühərrik hər biri 100 min at gücündə olan iki “OK-650” reaktorundan ibarətdir.

Çox ehtimal ki, “Belqorod” digər submarinlərin və suüstü gəmilərin məhv edilməsi məqsədiylə hücum sualtı qayığı kimi istifadə edilməyəcək. O, həmçinin strateji nüvə raketlərinin daşınması üçün də nəzərdə tutulmayıb. Beləliklə, “Belqorod” mini sualtı qayıqların və digər yüklərin nəql edilməsi üçün “üzən baza”kimi istifadə olunacaq.

H.İ.Sutton ləqəbli birisi sulatı qayıqlar barəsində internetdə daha geniş informasiya dərc edib. Həmin müəllif hesab edir ki, “Belqorod” Rusiya Hərbi Dəniz Qüvvələrinin bir parçası olsa da, dərin araşdırmalar baş idarəsinin maraqları çərçivəsində fəaliyyət göstərəcək. Belə böyük submarinin məqsəd və tapşırıqlarına yeni texnologiyaların sınaqdan çıxarılması da daxildir.

İlk növbədə “Belqorod” ekstrimal dərinliklərdə uzmək qabiliyyətinə malik “Loşarik” sinfindən olan mini-sualtı qayıqları daşıyacaq. Hal-hazırda böyük dünya dövlətləri sualtı dronlar və avtonom işləyən sualtı silahlar üzərində aktiv işəyirlər. “Belqorod” bu cür sistemlərin quraşdırılmasına uyğun dizayn olunub. Ona görə ki, suüstü gəmilərdən fərqli olaraq, o öz işini tamamilə gizli vəziyyətdə yerinə yetirmək imkanına malikdir.

- “Qiyamət gününün silahı”

Xüsusi narahat doğuran fakt, “Belqorod” sualtı qayığının öz gövdəsinə yeni “Poseydon” tipli torpedo götürməsidir. Putinin bu silah barəsindəki televiziya çıxışından sonra Kreml daima həmin silahın uğurlarından danışır. “Poseydonu” qiyamət gününün klassik silahı adlandırmaq tamamilə yerinə düşər. Bu torpedonun hər biri iki meqaton kütləyə malik termonüvə döyüş başlığı daşıyır. “Poseydon” torpedosunun partlayışı ABŞ-ın bütöv aviadaşıyan qrupunun tamamilə məhv edilməsi üçün yetərlidir.

Ən pisi isə odur ki, bu silah mülki vətəndaşlara qarşı tətbiq edilə bilər. ABŞ-ın şərq sahilləri yaxınlığında baş verəcək hər hansı bir partlayış bütün regiona təsir göstərəcək meqa sunami yaratmaq gücündədir.

- Sualtı mühərriklərin inşasındakı uğurlar

“Poseydon” özündə kifayət qədər böyük təhlükə gizlədir. Çünki bu torpedoların uzunluğu 20 metr və diametri isə iki metrdir. “Poseydon” torpedoları 1000 metr dərinlikdə istifadə edilir və onlar həm istiqamətlərini, həm də dərinliklərini dəyişir. Nüvə qurğusu sayəsində “Poseydon”un hərəkət müddəti paraktik olaraq məhduddiyyətsizdir. Ən başlıcası isə, bu cür torpedonun sürəti saatda 200 kilometrə çata bilər.

Görünür buna nail olmaq üçün ruslar “Poseydon”un nisbətən iri korpusu üçün superkavitasiya problemini həll edə biliblər. Superkavitasiya o deməkdir ki, torpedo qoruyucu hava qişasında yerləşir və bunun sayəsində torpedo və onu əhatə edən su arasındakı silkələnmə əhəmiyyətli dərəcədə azalır.

Əgər bu belədirsə, onda ruslar sualtı qayıqların inşasındakı yolda böyük nailiyyətlər əldə edə biliblər.

Qeyd edək ki, “Belqorod” atom sualtı qayığı 23 apreldə Severodvinsk şəhərindəki “Sevmaş” gəmiqayırma zavodunda suya buraxılıb. 2019-cu il ərzində bu sualtı qayıq sınaq müddəti keçəcək. Termonüvə torpedosu olan “Poseydon” isə silahlı qüvvələrin döyüş cərgəsinə iki ildən sonra qatılacaq. “Belqorod”un texniki xüsusiyyətləri barəsində mətbuata az məlumat verilib. Bu nəhəngin suya buraxılması zamanı jurnalistlərə yalnız onun quyruq hissəsinin foto və videosunun çəkiliməsinə icazə verilib və deyilib ki, məxfiliyə riayət olunmalıdır. Təbii ki, bu təbliğat baxımından təhtəhlşüura yeridilməsi üçün nəzərdə tutulmuş xüsusi fənddir.

Vladimir Putin telekörpü vasitəsiylə ”Belqorod” sulatı qayığının suya buraxılması mərasimini müşayiət edib. Biz son illər müxtəlif strateji silahların təbliğində Rusiya prezidentinin birbaşa iştirak etdiyinin şahidi oluruq. Soruşula bilər ki, niyə məhz “təbliğində” ifadəsi işlədilir? Çünki elə təsəvvür yaradılır ki, deyəsən Rusiya Sovet İttifaqından da güclü silahlanır. Ancaq Sovet İttifaqı indikindən qat-qat artıq silahlanırdı. Elə indiki layihələrin demək olar ki, əksəriyyəti həmin dövrün məhsuludur.

Amma məsələ ondadır ki, SSRİ zamanı dövlət rəhbərləri daima sülhdən danışdıqları səbəbindən, bu cür silahların təqdimatını özləri üçün qəbuledilməz sayırdılar. Onlar hesab edirdilər ki, biz nə qədər güclü orduya malik olsaq da, silahlanmanın təbliğ edilməsi kimi reklam görüntüləri ayıb işdir. SSRİ silahlı qüvvələrinin büdcəsinin yanında Rusiyanın hərbi büdcəsi ölçüyəgəlməz səviyyədə kiçikdir.

Onu da bildirək ki, 2016-cı ildən bu tərəfə Rusiya hərbi büdcəsi getdikcə azalır. Bu isə ölkənin iqtisadi vəziyyətinin geriləməsi ilə əlaqədardır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2019-cu il üçün ABŞ hərbi büdcəsi Rusiya hərbi büdcəsindən 15 dəfə böyük olacaq. 2019-cu il üçün Rusiya müdafiə xərcləri 46 milyard dollar təşkil edəcək və bu, ölkənin Ümumi Daxil Məhsulunun 2,8%-ini təşkil edir. Rusiya 2006-cı ildən bu yana ilk dəfədir ki, hərbi xərclərə görə dünya ölkələri sırasında ilk beşliyə düşə bilməyib.

Əsl reallığın əksinə olaraq, elə təbliğat səs-küyü qaldırılır ki, rusiyalılar ölkələrini qüdrətli görsünlər. Bu, birbaşa Vladimir Putinə lazımdır, çünki o, düşünür ki, Rusiyanın güclü görünməsi, onun özünün güclü görünməsinə xidmət edir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-05-06 10:16:42

Putin rus xalqını gözləyən aclıq və səfalətin astanasındadır.İndi lazer silahları ilə NATO suyun dərinliklərindəki hədəfləri belə asanlıqla məhv edir.Müharibə etmək istəyənlər həmişə özü məğlub olur.Amerika Dağlıq Qarabağ deyil ki,Rusiya onu dağıda bilsin..

Bitərəf mühəndis 2019-05-06 10:16:42

Детские размащки в чересчур безумно Военизированной Мировой Политикe, которая преступно и незаметно уничтожает миролюбивое население и экономику.

Son yazılar