BVF Ukraynaya daha 1.4 milyard dollar ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna iqtisadiyyatının stabilləşməsinə kömək məqsədilə 1.4 milyard dollar ikinci kredit tranşının ayrılmasına dair qərar verib.

Ukrayna ikiillik kredit proqramı çərçivəsində ilk krediti - 3.19 milyard dollar vəsaiti bu ilin mayında alıb.

BFV-in sözçüsü Gerry Rice bildirib ki, Ukraynanın şərqində münaqişə daha da pisləşsə, onların köməyinə ehtiyac olacaq.

Ukraynanın şərqində gedən döyüşlər ucbatından burda vergi ödəmələri aşağı düşüb, üstəlik, Kiyev separatçılarla vuruşmaq üçün pul xərcləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar