Abdulla Gül “İtkin trilyon” işinə görə prokurorluqda ifadə verəcək

Abdulla Gul 021210-2Türkiyənin keçmiş prezidenti Abdulla Gül bu yaxınlarda prokurorluğa ifadə verməyə gedəcək. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 11-ci prezident Abdulla Gül Nəcməddin Ərbakan dövründən qalan “İtkin trilyon” iddiası üzrə dindiriləcək.

Prezidentlik səlahiyyətlərini təhvil verdikdən sonra ilk olaraq 1996-1997-ci illərdə Türkiyə baş naziri olmuş Nəcməddin Ərbakanın məzarını ziyarət edən Gül bu açıqlamalarla çıxış edib:

“Hüquq dövləti budur. Hər kəs gedib ifadə verməlidir. Bu işin cinayət işi olub-olmamağına məhkəmə qərar verər”.

Bundan başqa Gül Fransanın keçmiş prezidenti Nikola Sarkozini də nümunə göstərib.

Qeyd edək ki, “İtkin trilyon” işi 1998-ci ildə Rifah Partiyasının bağlanmasından sonra 1 trilyon TL-nin dövlət xəzinəsinə qaytarılmaması nəticəsində açılan cinayət işidir. Partiya sədri Nəcməddin Ərbakan 2 il 4 ay həbsə məhkum olunmuşdu. Prokurorluq Abdulla Gülün bu işlə heç bir əlaqəsi olmadığını açıqlamışdı. Amma daha sona Gülün prezidentlik dönəmində bu iş yenidən açılmışdı. 2009-cu ildə Gül ifadə verəcəyini desə də, prokurorluq onun prezident olduğunu bildirmiş və ifadəsi əngəllənmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar