MİRZƏ BABAYEVİN NƏVƏSİ SAXLANILDI - "Deyirlər, özü bölmədə qalmaq istəyir”

Bakının Səbail Rayon Məhkəməsi hakim İlkin Rüstəmlinin sədrliyi ilə REAL Partiyasının fəalı Emin Babayev barəsində 200 manat cərimə qərarı çıxarıb. Bu barədə REAL Partiyasının Məclis sədri Azər Qasımlı Turan-a bildirib.

Emin Babayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) təqsirli bilinib.

REAL-ın icra katibi Natiq Cəfərli isə Turan-a bildirib ki, mayın 4-də Babayevə iki nəfər yaxınlaşaraq polis bölməsinə getməsini istəyib. Polis bölməsində onun barəsində “küçədə nalayiq ifadələrlə telefonla danışarkən polisin qanuni tələblərinə tabe olmaması” ilə bağlı protokol tərtib edilib, amma ona ünvanlanmış sualların çoxu sosial şəbəkələrdə fəaliyyəti və REAL Partiyası barədə olub.

Mayın 4-də Emin Babayevi Səbayil Rayon Məhkəməsinə aparıblar. Hakim İlkin Rüstəmli qərarın çıxarılmasını təxirə salaraq, prosesi mayın 6-na təyin edib.

Cəfərli bildirib ki, ittihamlar həqiqətini əks etdirmir, partiya fəalının fəaliyyəti ilə bağlıdır.

Polis fəalın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

***

"Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb. Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

Bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.

Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.

Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb. Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin.

Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb.

Bu barədə xəbəri onun vəkili Şəhla Hümbətova da "Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: "Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir.

635x100

Şərhlər

S.H. 2019-05-06 18:03:09

Cox maraqlidir: ------ yeni bu polislerin hamisinin ... Cox maraqlidi?! O polisler milli mensubiyyetlerinden xeberleri var? Ne vaxta qeder bu cur murdarliqlar davam edecek????...

Lerikden Mehemmed Hesen emi 2019-05-06 18:03:09

ay seni Emin bala kaw bu gununu baban goreydi, adamda gul kimi evini saxlayib gedib polisde ,,,qalmaq isteyer,,,? Nece yeni ,,,eve getmek istemir,,, deyiller bala Wir evden getdi kinosu yadina duwmuwdu?! Bizim ,,,wanli,,, polislerimize wer atma onlar seni tutmaq isteseydiler cibinden 8 kq 900 qr ot ve ya 2 sink 5,45 cixardardilar gederdin istirahete..

Polisimmenim 2019-05-06 18:03:09

Fəlakət ondadır ki ,biz günahı kiçik adamlarda axtarırıq. Onlar ğələnləri ,deyilənləri yerinə yetirirlər

EJDER 2019-05-06 18:03:09

MARAQLIDI ,BU POLIS KIMI QORUYUR.BU DEREBEYLIK KIME LAZINDI...POLISIN 100 ILYI ILE BAQLI YIQINCAQDA HER WEY...POLIS SERJANTI ORDU POLKOVNIKINDEN COX MAAW ALIR...

Son yazılar